Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq

13:05 13-11-2019 | icon 379 | İqtisadiyyat
Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq

Hazırda pensiyanın minimum məbləğinin artırılması üçün hesablama işləri aparılır.

 

Versus.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, hesablama işlərinin nəticəsindən asılı olaraq, artımla bağlı müəyyən qərar qəbul ediləcək:

"Bundan başqa, hər ilin əvvəlində ölkə başçısının tapşırığına uyğun olaraq pensiyaların indeksləşdirilməsi həyata keçirilir. Nəzərdə tutulub ki, gələn ilin əvvəlində 200 manat pensiya alacaq şəxsin pensiyası yalnız indeksləşdirmə xərcləri hesabına 27-30 manat artacaq".

 

H.Məmişov hər il olduğu kimi bu il də Yeni il bayramı ərəfəsində pensiyaların qrafikdə nəzərdə tutulduğu vaxtdan daha tez veriləcəyini söyləyib:

"Pensiya ödənişləri müəyyən qrafik əsasında həyata keçirilir. Bayram günləri olduqda isə pensiya ödənişi həmin qrafikdə nəzərdə tutulan vaxtdan daha əvvəl həyata keçirilir. Yeni il bayramı ərəfəsində də pensiyaların qrafikdə nəzərdə tutulan müddətdən daha tez ödəniləcəyi gözlənilir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı