Nikaha daxil olmaq istəyənlərin 1979-da sifilis, 581-də İİV/QİÇS aşkarlanıb

09:14 14-11-2019 | icon 319 | Cəmiyyət
Nikaha daxil olmaq istəyənlərin 1979-da sifilis, 581-də İİV/QİÇS aşkarlanıb

Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 21 253 nəfərdə talassemiya daşıyıcılığı, 1979 nəfərdə sifilis xəstəliyi, 581 nəfərdə İİV/QİÇS, aşkar edilib.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

 

Direktorun sözlərinə görə, indiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 228 cütlük aşkar edilib.

Z.Əlimirzəyeva əlavə edib ki, 2015-ci il iyun ayının 1-dən indiyədək nikaha daxil olmaq üçün 616 076 nəfər insan qan müayinəsindən keçib. Yalnız bu ilin yanvar-oktyabr ayları ərzində 116 263 nəfər qan müayinəsinə cəlb olunub. Onların 3018 nəfərində talassemiya daşıyıcılığı, 126 nəfərində İİV/QICS, 251 nəfərində isə sifilis xəstəliyi aşkar edilib. Bu ilin 10 ayı ərzində hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 39 cütlük prenatal müayinəyə cəlb olunub.

 

Z.Əlimirzəyeva qeyd edib ki, cütlüyə daxil olan qadınların hamiləliyinin 12-18 həftəliyində dölyanı müayinələri aparılıb. Onların arasında dölü sağlam və talassemiya daşıyıcılığının olduğu (praktiki olaraq sağlam) hamilə qadınlar nəzarətə götürülüb, xəstə döllər isə həkim məsləhəti ilə abort edilib.

 

İnstitut direktoru əlavə edib ki, aparılan maarifləndirmə işləri nəticəsində evlənmək istəyən cütlüklər artıq nikahdan bir ay əvvəl deyil, hətta ailə qurmaq istədiklərini planlaşdırdıqları zaman müayinədən keçmək üçün müraciət etməyə başlayıblar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI