Aktyor yenidən doğma səhnəyə qayıtdı

09:30 14-11-2019 | icon 412 | Mədəniyyət
Aktyor yenidən doğma səhnəyə qayıtdı

Ötən mövsümün sonu istedadlı aktyor, Sumqayıt Dövlət Dram Teatrının repertuarında yer tutan tamaşalarda özünəməxsus obrazlar yaratmış Yalçın Səlimov uğurlu əməliyyatdan sonra doğma kollektivə, səhnəyə qayıdıb.

 

Versus.Az xəbər verir ki, nəhayət uzunmüddətli fasilədən sonra səhnədə - Abdulla Şaiqin “Qaraca qız” tamaşasında öz sevimli obrazını canlandırdı. Bu sevindirici hadisəni teatrın texniki və yaradıcı heyəti xüsusi təntənə ilə qeyd etməyə qərar verdi.

 

Tamaşanın sonunda səhnəyə aktyorun şərəfinə xüsusi hazırlanmış tort gətirildi. Teatrın direktoru əməkdar artist Mübariz Həmidov da bu xoş anlarda kollektivimizin yanında oldu. “Hər zaman olduğu kimi bu dəfə də hörmətli Mehriban xanımın mədəniyyətə, ictimaiyyətə, bu sferada çalışan insanlara qarşı nə qədər həssas yanaşdığının bir daha şahidi olduq” deyə Mübariz Həmidov qeys etdi.

Teatr rəhbərliyi istedadlı bir insanın yenidən həyata qayıtmasına vəsilə olmuş hərmətli Mehriban xanıma təşəkkürünü vurğuladı. Həmçinin teatra və yaradıcı insanlara ayrı-ayrılıqda hər zaman dəstək olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Sumqayıt şəhər icra hakimiyyətinə kollektiv adından minnətdarlıq etdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”