"Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir"


“Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyinə nail olub, ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı. Demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi”.
Versus.Az xəbər verir ki, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı:
“Azərbaycan dərin böhrana düçar oldu. Ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür. Təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi 1 il dözə bildi. Bir ildən sonra öz liderinə üz tutub, Heydər Əliyevi hakimiyyətə dəvət edib, ona ölkənin gələcəyini etibar edib".
Prezident İlham Əliyev qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk növbədə qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi istiqamətində önəmli addımlar atdı, erməni işğalının qarşısını aldı:
“İşğal altındakı bəzi torpaqları Azərbaycan geri qaytara bildi. Ölkədə sabitlik bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu". /APA/
Versus.Az

Xəbər lenti

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır
"Xalqa yaxın olmaq və "yeni başlanğıc" üçün mən də seçkiyə qatılacam" "Müxalifətin parlament seçkilərində iştirakı vacibdir.
HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ
Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq
BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib
Növbədənkənar seçkiləri labüd edən məqamlar
"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"
Milli Məclisin adı dəyişdiriləcəkmi?
"Mənim ixtiyarım öz əlimdə deyil"
Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər
650 min ağacın əkilməsi şairin doğulduğu şəhərdən başlanıb
"YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək"
"Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq"
Əhalinin təbii artımı azalır
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"
“Həyəcan” düyməsi
İrəli
