Xocalı soyqırımının 26-cı ildönümü Seulda da qeyd edilib

13:14 27-02-2018 | icon 791 | Siyasət
Xocalı soyqırımının 26-cı ildönümü Seulda da qeyd edilib

Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Azərbaycanın Koreya Respublikasındakı səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

Versus.az xəbər verir ki, 2018-ci ilin fevral ayında Xocalı soyqırımı barədə məlumat toplusu səfirlik tərəfindən Koreya dilinə tərcümə etdirilərək “Unudulmuş Soyqırım” adı altında çap etdirilib.

Kitabçada Dağlıq Qarabağ bölgəsinin tarixi və mədəni tarixi abidələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbləri, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı, bir sıra dünya ölkələrinin parlamentləri və beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımının tanınması, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın irəli sürdüyü "Xocalıya ədalət" ("Justice for Khojaly") kampaniyası haqqında məlumatlar və fotoşəkillər yer alıb. Kitabça Koreyanın ictimai-siyasi dairələri, beyin mərkəzləri, QHT, ali təhsil ocaqları, yerli KİV-ə göndərilib.

2018-ci ilin fevral ayının 14-dən etibarən səfirliyin təşəbbüsü və Seul şəhərinin Yonqsan rayonunun meriyasının dəstəyi ilə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Seulun mərkəzi və ən işlək küçələrindən olan İtaweon küçəsi boyunca Koreya və İngilis dillərində "Xocalıya Ədalət" adlı bannerlər asılıb.

Bannerlərdə, həmçinin, səfirliyinin dəstəyi ilə BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatı tərəfindən Koreya dilində Xocalı soyqırımına dair internet səhifəsi www.khojaly.or.kr  və həmçinin “Xocalıya Ədalət” kampaniyasının rəsmi internet səhifəsi olan www.justiceforkhojaly.org əks olunub.

Bannerlər fevral ayının sonunadək həmin küçədə asılı qalacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”