Deputat parlamentdə təkliflərlə çıxış etdi

14:34 14-11-2019 | icon 375 | Siyasət
Deputat parlamentdə təkliflərlə çıxış etdi

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci ilin büdcəsi haqqında qanun layihəsinin müzakirələrində çıxış edən millət vəkili Qənirə Paşayeva 4 milyondan çox insanı əhatə edən bu layihəni dəstəkləyirik deyib. Cənab prezidentin və birinci vitse –prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində ciddi və önəmli islahatların həyata keçirildiyini deyən millət vəkili bu islahatların cəmiyyətimiz tərəfindən yüksək səviyyədə dəyərləndirildiyini, dəstəkləndiyini vurğulayıb.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi uğurlu islahatları, cəmiyətimiz üçün yaratdığı müsbət dəyişiklikləri xüsusi vurğulayıb. O bildirib ki, millət vəkillərinə bu sahə ilə bağlı gələn şikayət müraciətlərinin tamamilə azalması, əhalidən gələn müraciətlərlə bağlı millət vəkilləri olaraq nazirliyə edilən müraciətlərə qısa zamanda cavabların verilməsi bu islahatların bariz nümunəsidir. Millət vəkili Q.Paşayeva  özəlliklə DOST mərkəzlərinin yaradılmasının bürokratik maneələrin, süni əngəllərin  aradan qaldırılması istiqamətində əhəmiyyəti, vacibliyini xüsusi vurğulayıb və bir sıra təkliflərlə çıxış edib.

 

Q.Paşayeva şəhid ailələrimizin, Qarabağ müharibəsi əlillərinin sosial, maddi-məişət şəraitinin daha da yaxşılaşdırılmasının cənab prezidentin siyasətində xüsusi yer tutduğunu vurğulayaraq  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən millət vəkili olduğu ön cəbhə rayonu olan Tovuz rayonunda şəhid və müharibə əlilləri ailələrinə  tikilən evlərin sayının artırılmasını xahiş edib. Bu gün Tovuzda 91 nəfər şəhid ailəsinin, 177 nəfər Qarabağ müharibəsi əlilinin uzun illərdir hələ də bu növbələrdə gözlədiyini deyən Q.Paşayeva bu insanların qısa zamanda evlə təmin olunması üçün Tovuzda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün  tikilən evlərin sayının artırılmsına ciddi ehtiyac olduğunu deyib və 2020-ci ildə tikiləcək evlərin sayının ciddi artırılması üçün çağırış edib.

 

DOST mərkəzlərinin yaradılmasının əhalinin üzləşdiyi bir sıra bürokratik əngəllərin, süni maneələrin aradan qaldırılması üçün çox yüksək səviyyəli, uğurlu bir lahiyə olduğunu və əldə olunan müsbət nəticələri, insanların bu mərkəzdən məmuniyyətinin yüksək səviyyədə olduğunu xüsusi vurğulayan Q.Paşayeva bu mərkəzlərin 2020-ci il içərisində bölgələrdə də artmasının vacibliyini söyləyərək millət vəkili seçildiyi bölgədə də DOST mərkəzlərinin yaradılmasının önəminə toxunub və bu məsələyə baxılmasını xaiş edib.

 

Q.Paşayeva Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin öz çıxışında autizim və daun sindromlu uşaqlara dəstəyin daha da artırılacağı, bu uşaqlara dəstək mərkəzlərinin sayının daha da artırılacağı ilə bağlı fikirlərini çox müsbət qiymətləndirərək bölgələrdə, özəlliklə kənd rayonu bölgələrində də bu mərkəzlərin açılmasının, artmasının vacibliyini vurğulayıb. O deyib ki, uzaq kənd rayonlarından insanlarımız uşaqlarını Bakıya və böyük şəhərlərə gətirməkdə çətinlik çəkirlər və bu mərkəzlərin bölgələrdə artması vacibdir. Q.Paşayeva millət vəkili seçildiyi bölgədə də bu mərkəzlərin yaradılmasının vacibliyini vurğulayıb.

 

Q.Paşayeva fiziki imkanları məhdud olan, əlilliyi olan insanlarımızın pensiya və müavinətlərinin getdikcə daha da artırılmasının cəmiyyət tərəfindən çox yüksək səviyyədə qarşılandığını vurğulayaraq özəlliklə 18 yaşına çatmayan fiziki imkanları məhdud uşaqlarımıza ayrılan müavinətlərin daha da artırılması məsələsinə baxılmasını xahiş edib. O bildirib ki, bu uşaqların anaları müraciət edərək bildirirlər ki, biz övladlarımızın fiziki imkanlarının məhdud olması səbəbindən işləyə bilmirik, ona görə də uşaqlarımızın müalicəsi, dəstək və yardım proqramlarından yararlana bilməsi və ailəmizin maddi vəziyyətini nəzərə alaraq 18 yaşına çatmamış fiziki imkanları məhdud uşaqların müavinətlərin daha da artırılmasını xahiş edirlər. Millət vəkili ailələrin bu təklifini səsləndirərək müvafiq qurumların bu məsələyə daha da diqqət yetirməsinə çağırıb.

 

Q.Paşayeva ali məktəblərə ödənişli əsaslarla qəbul olunan I və II qrup əlillərin ödənişdən azad edilməsi üçün cənab prezidentə təşəkkürünü bildirərək III qrup əlilliyi olan gənclərin də müraciətlərini səsləndirib və bildirib ki, bu gənclər də ödənişdən azad olunmaq üçün müraciət edirlər. Millət vəkili onların və şəxsən öz adından III qrup əlilliyi olan gənclərimizin də ödənişli təhil haqqından azad edilməsinə baxılmasını müvafiq qurumlardan xahiş edib. O bildirib ki, bu əlilliyi olan gənclərimizin ali təhsilə daha çox cəlb edilməsi istiqamətində çox önəmli rol oynaya bilər.

 

Millət vəkili eyni zamanda fiziki imkanları məhdud insanların ,əlilliyi olan şəxslərin  işlə təminatı ilə bağlı məsələyə də baxılmasını xahiş edib. O, dövlət və özəl müəssisələrin bir çoxunda iş yerlərində əlillər üçün qanunvericilikdə nəzərdə tutulmuş kvotalara əməl edilmədiyini, bir sıra təşkilatlarda, şirkətlərdə əlillərin işə götürülməsində ciddi problemlərin olduğunu vurğulayaraq bildirib ki, əlillərin işlə təminatı istiqamətində qanunla iş yerlərində onlara ayrılan kvotalara əməl olunması üçün dövlət və özəl müəssisələrlə ciddi iş aparılmalıdır.

Q.Paşayeva Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin bu məsələnin nazirliyin xüsusi diqqətində olması və əlillərin iş yerləri ilə təmin olunması məqsədi ilə  qanunla dövlət və özəl müəssisələrdə onlar üçün ayrılmış iş yerləri kvotalarına ciddi əməl olunmasına yeni nəzarət mexanizmlərinin yaradıldığını, bu istiqamətdə önəmli dəyişikliklərin olacağı ilə bağlı açıqlamalarını yüksək qiymətləndirərək, özəlliklə şəhərlərə nisbətən iş yerlərinin daha az olduğu kənd rayonu bölgələrində bu məsələnin xüsusi diqqətdə olmasını xahiş edib. Millət vəkili bildirib ki, bəzən işə götürən insanlar əlilliyi olan insanları işə götürmək istəməyəndə onların peşə biliklərinin az və yaxşı olmamasına əsaslanırlar. Qənirə Paşayeva fiziki imkanları məhdud insanların, əlilliyi olan şəxslərin peşə vərdişləri ilə bağlı məsələyə də daha çox  diqqət yetirilməsini xahiş edib.

 

Q.Paşayeva eyni zamanda bildirib ki, bu gün çox təəssüf edirik ki bir sıra ailələrdə məişət zorakılığı, ailə daxili zorakılıq halları baş verir, bunların sayı daha da artır:

“Biz buna çox təəssüflənirik. Bunun nəticəsində ana və uşaqlar zorakılığın qurbanı olurlar. Zorakılığın qurbanı olan ana və uşaqlar bəzən gedəcək yer tapa bilmirlər və çox ağır vəziyyətlə üzləşirlər. Bu anaların dəstək ala biləcəyi sığınacaq mərkəzlərinin artması vacibdir. Belə anaların bu sığınacaq mərkəzlərində sığınacaq tapmaqla yanaşı geniş şəkildə psixoloji, hüquqi və s. yardımları da ala bilməsi üçün şərait yaradılması çox önəmlidir və bu məsələ ilə bağlı xüsusi diqqət ayrılmasını xahiş edirik.”

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...