"2020-ci il seçkiləri oğurlanır"

15:00 14-11-2019 | icon 467 | Dünya
"2020-ci il seçkiləri oğurlanır"

Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişinin qəbul edilməməsi müxalifətin etirazına səbəb olub.

 

Versus.Az xəbər verir ki, iyunun 19-dan başlayan və bir aydan çox davam edən mitinqlərin təşkilatçısı olan “Utanc” hərəkatı insanları yenidən genişmiqyaslı mitinqlərə çağırıb.

 

“İndi tam səfərbərlik və davamlı mitinqləri elan edirik. 2020-ci il seçkiləri oğurlanır”, - deyə hərəkatın liderlərindən olan Şota Diqmelaşvili bildirib.

 

Hərəkat saat 19:00-da parlament binası qarşısında genişmiqyaslı mitinq keçirəcəyini bəyan edib.

 

Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili də öz tərəfdarlarını səfərbər olmağa və dinc şəkildə etiraz etməyə çağırıb. 

 

Vətənpərvərlər Alyansının lideri İrma İnaşvili də tərəfdarlarını küçələrə çıxmağa çağırıb. 

"Bu gün parlamentdə çox utancverici bir hadisə baş verdi. Bu, inam böhranıdır və "Gürcü arzusu" partiyasından qaynaqlanır",- deyə İ. İnaşvili bildirib.

 

Qeyd edək ki, hazırda parlament binasının girişlərində piket keçirilir. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF