"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

18:55 14-11-2019 | icon 746 | Siyasət
"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

Ehtiram Mehtiyev: "Bu siyasi oyunbazlara ölkənin və xalqın taleyi deyil, rahat gəlir əldə etmək maraqlıdır"

 

"Azərbaycanı dünyada biabır edənlər arasında "Yurd"çular (Əli Kərimçilər) da var. Bu gün özünü demokratik qüvvələrin müxalifəti adlandıran və güya hakimiyyətə gəlib xalqı "ağ günə" çıxardanlar "insan alveri" ilə məşğul olurlar".

 

Bu sözləri Versus.Az-a açıqlamasında AXCP sədr müavini Ehtiram Mehtiyev deyib.

 

Sədr müavini bildirib ki, siyasi oyunbazlara ölkənin və xalqın taleyi deyil, rahat və daha çox gəlir əldə etməyin yolları maraqlıdır:

 

"Təsəvvür edin, bu adamların təmsil olunduğu partiya hakimiyyətə gəlir və nə baş verdiyini siz deyin... Milli Şuranın və adıçəkilən partiyaların miqrant alveri ilə məşğul olduqlarını, saxta mübarizələrini mühacirət beznesinə çevirib və bunun üzərindən pul qazanmaqlarını dəfələrlə vurğulamışdıq. Baş verən hadisə bir daha sübut etdi ki, keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlmişdi".

 

Ehtiram Mehtiyev hesab edir ki, Azərbaycan adını dünyada biabır edən bu hadisədə iqtidarın da payı var:

 

"Çünki, Baş Prokurorluq 3 il əvvəl bununla bağlı cinayət işi açıb, partiya rəhbərlərini çağırıb sorğu-sual edəndə nədənsə bu məsələni ictimailəşdirmədi. Yarımçıq qalan məsələnin isə bu gün acı nəticəsinin şahidi oluruq. Bu cür hadisələr Azərbaycan adına ləkədir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı