Orqanizmin belə reaksiyası ən güclü reaksiyadır, immunoloji sistem çökür

01:14 15-11-2019 | icon 495 | Sağlamlıq
Orqanizmin belə reaksiyası ən güclü reaksiyadır, immunoloji sistem çökür

Anafilaktik şok həkimlərin belə çəkindiyi allergik reaksiyadır. İnsan üçün həyati təhlükəlidir. 

 
 
Versus.Az Medicina.az-a istinadən anafilaktik şokun yaranma səbəbini, gedişatını və xilas yollarını təqdim edir.
 
 
İnsanın orqanizminə çox yad, immun hüceyrələr tərəfindən tanınmayan antigen düşdükdə patoloji bir əks reaksiya baş verir. Həmin antigen antitellə birləşdikdə qan dövranı çox sayda histamin, bradakanin, serotonin atılır. Bu maddələr qan dövranını pozur, daxili orqan və əzələlərin spazmını yaradır, təzyiq kəskin düşür, beyin və orqanlar oksigeni az alır, insan huşunu itirir. 
 
 
Nəzərə almaq lazımdır ki, orqanizmin belə reaksiyası ən güclü reaksiyadır, immunoloji sistem çökür.
 
 
Əsas səbəbləri:
 
- Zərərverici və həşəratların dişləməsi, hətta arı sancması
 
- Dərman maddələrinə əks təsir – antibiotik, sulfanilamid, peyvəndlər, vaksinlər, müxtəlif inyeksiyalar
 
- Qida allergiyası – sitrus meyvələrinə, balığa, araxis
 
- toz və havada uçuşan tənəffüs sistemi ilə düşən cisimlər
 
- Müxtəlif növ, hətta naməlum allergenlər
 
 
Əlamətləri:
 
O qədər sürətlə xəstənin halı dəyişir ki, saniyələr içində ağırlaşır.
 
 
- Təzyiq düşür
 
- Şüur, huş dumanlanır
 
- Əl-ayaq qıc olur
 
- Sidik ifrazı
 
- Sayıqlama
 
- Dərinin şişməsi
 
- Baş hərlənmə
 
- Döş qəfəsində sıxılma
 
- Nəbzin çətin hiss olunması
 
- Ölüm qorxusundan panika
 
- Dəridə Kvinke ödemi, qabarma, qaşıntı
 
- Ürəkbulanma
 
- Astmatik tutmaya bənzər tutmalar
 
- Ürək tərəfdən miokard infakrtı
 
- Xəstənin üzü, dodaqları, boynu arı vurmuş kimi şişir
 
 
Nə etməli?
 
Ən cüzi şübhələnmə zamanı elə ilk saniyələrdə təcili yardım çağırmalı, gec gələciyini bilirsizsə o zaman xəstəni maşınla yaxınlıqdakı xəstəxanaya çatdırmalı.
 
Xəstəni bu hala salan allergeni uzaqlaşdırmalı, dərmandırsa saxlamalı, olduğu yerdən aralamalı. 
Əgər həşərat dişləyibsə, sancıbsa, sancdığı nöqtədən yuxarı rezin və ya jqutla sıxmaq
 
 
Xəstəni kürəyi üstə horizontal uzadın, asfiksiyanın qarşısını almaq üçün yaxasını açın, boynunu sıxan hər hansı bir şeyi çıxarın, geyimini çıxara bilərsiz. Başını tutun. 
 
 
Həkimlər ilk növbədə allergenin qan dövranında çıxması üçün çalışacaq, oksigen balışı ilə təmin edəcək, allergiya və şok əleyhinə preparatlar veriləcək. Ürək-damar, tənəffüs sistemi nəzarətə alınacaq. 
 
 
Xəstə stasionara yatırılmalıdır.
 
Anaflaktik şokun nə zaman harda baş verəcəyini öncədən bilmək olmaz. Heç kim bundan zəmanətli deyil. 
 
Lakin dərman və qida maddələrinə qarşı orqanizmin reaksiyasına fikir vermək lazımdır. Bir dəfə anafilaktik şok keçirən xəstələr mütləq yanlarında hansı allergenden şoka düşdüklərinin qeyd olunduğu xüsisi kart gəzdirməlidir.
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı