Bakıda macar musiqiçilərin konserti olub

09:09 15-11-2019 | icon 106 | Mədəniyyət
Bakıda macar musiqiçilərin konserti olub

Beynəlxalq Muğam Mərkəzində Macarıstan səfirliyinin dəstəyi ilə “Macarıstan musiqisi axşamları” layihəsi çərçivəsində növbəti konsert təqdim edildi.

 

Konsertdən əvvəl Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi çıxış edərək tədbirin təşkilində dəstək olan BMM-nə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, ölkəsinin müstəqilliyinin 30 illiyi ilə əlaqədar “Macarıstanın azadlığı 30 il 30 mahnı” şüarı ilə müxtəlif ölkələrdə təşkil edilən konsertlərin növbəti ünvanı Bakıdır. Bizim macar musiqiçilərinin bir-briindən maraqlı çıxışlarını dinləməyə gələn hər kəsə minnətdarlığımızı bildiririk. Artıq ikinci gündür ki, musiqiçilərimiz Bakı səhnəsində fərqli repertuarla çıxış edirlər. Dünən klassik musiqidən ibarət gecə bu gün isə caz musiqisinin şedevrlərini sizə təqdim edəcəyik. Bu unikal bir performans olacaq. Çox şadıq ki, artıq üçüncü dəfə şəhərinizdə qonaq olan musiqiçilərimizi böyük sevgilərlə qəbul edirsiniz.

 

Daha sonra konsert proqramında məşhur macar xalq müğənnisi Magyar Borinin təqdimatında disklend üslublu smokey caz gecəsi təqdim edildi. Tamaşaçılara təqdim edilən “Caravan”, “Dream a little dream of me”, “Come in, come in”, “All blues”, “Spain” və digər kompozisiyalar alqışlarla qarşılandı.

 

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində “Macarıstan musiqisi axşamları” layihəsi çərçivəsində noyabrın 11-də “Cantores Esslesiae” solistləri Bakı tamaşaçılarına klassik musiqi şedevrlərini təqdim etdilər. Noyabrın 14-də isə layihə çərçivəsində xalq musiqisindən ibarət konsert proqramı təqdim olunacaq. Tamaşaçılar sevilən macar musiqiçisi Csurkulya Jozefin ifasında macar xalq musiqisinin ruhunu hiss edəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu