YAP Qarabağ Komitəsinə çağırıldı - müxalifətdən təklif

09:57 15-11-2019 | icon 319 | Siyasət
YAP Qarabağ Komitəsinə çağırıldı - müxalifətdən təklif

Noyabrın 17-də ADP-nin qərargahında saat 14:00-da Qarabağ Komitəsinin (QK) təşkilatçılığı ilə böyük bir tədbir keçiriləcək. Tədbir Milli Dirçəliş Gününə həsr olunacaq.

 

“Qarabağ, Qarabağ,
Səndən ötrü can verməyə,
Səndən ötrü qan tökməyə
Cümlə hazırız"

şüarı ilə keçiriləcək tədbirdə Qarabağ ətrafında müzakirələr aparılacaq, münaqişə istiqamətində gedən son proseslər dəyərləndiriləcək.

 

Versus.Az xəbər verir ki, bu barədə QK-nin təsisçilərindən olan, AĞ Partiya başqanı Tural Abbaslı məlumat verib: 

“Tədbirdə heç bir siyasi şüar səsləndirilməyəcək. Bura Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar dəvətlidir. Bəzi partiya rəhbərlərinə dəvətlər də göndərilib, onlarla ayrı-ayrılıqda söhbətlər edilib. Amma xüsusi bir dəvət yoxdur. Hansısa bir tədbirdə partiya rəhbəri digər partiyanın rəhbəri ilə rastlaşırsa, onu dəvət edir. Onların böyük əksəriyyəti tədbirə qatılacaqları barədə söz veriblər. Bu tədbir Qarabağ Komitəsinin deyil, ümummilli tədbir olmalıdır. Hər bir kəs ora dəvətlidir. Böyük tədbir keçirilməsi nəzərdə tutulub. Zalın tutumu 200-250 olmasına baxmayaraq, 300-350 iştirakçısının olmasını gözləyirik. Möhtəşəm bir tədbir keçirmək niyyətindəyik. Bu mövzu ümummilli məsələdir. Biz güman edirik ki, bu məsələdə heç kim siyasi maraq güdməyəcək, bundan öz siyasi məqsədləri üçün istifadə etməyəcək. Burada heç bir partiyanın adı önə çıxmır. ”.

 

 

T.Abbaslı belə bir toplantı keçirmələrinin məqsədlərini də açıqladı:

 “Məqsəd Qarabağ məsələsinin bir daha gündəmə gətirilməsi və dünyanın bu məsələdə Azərbaycan xalqının bütövlüyünü, münasibətini, birliyini göstərməkdir. Çünki bir neçə gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda çox uğursuz bir bəyanatı oldu. Belə tədbirləri xalqımızın Qarabağ həssasiyyətini göstərmək üçün çox önəmli hesab edirəm. Bu baxımdan qeyd etmək istəyirəm ki, bu təbdir çox gərəkli və vacibdir. Çıxışlar Qarabağa birmənalı şəkildə həsr olunacaq. İctimai-siyasi xadimlərin iştirakı, aktivistlərin, yazarların, ziyalıların iştirakı arzu olunandır və ümid edirəm ki, bu dəvəti sizin vasitənizlə eşidən hər kəs ayın 17-də ADP qərargahında olacaq”.

 

Partiya başqanı iqtidar tərəfi də tədbirdə iştiraka səslədi:

 “Məndə olan məlumata görə, iştirak üçün Yeni Azərbaycan Partiyasına xüsusi bir dəvət göndərilməyib. Amma bu, Qarabağ mövzusu olduğu üçün hər kəs dəvətli olduğunu düşünməlidir. Sizin qəzet vasitəsilə Qarabağ Komitəsinin idarə heyətinin üzvü olaraq, Yeni Azərbaycan Partiyasını bu tədbirə dəvət edirəm, səslənirəm, iştirak etsinlər, mövqelərini bildirsinlər, Qarabağ mövzusu ətrafında çıxış etsinlər. Qarabağ məsələsində müxalifət-iqtidar ayrı-seçkiliyinə qarşıyıq. Bu tədbirin təşkilatçılığında belə hakim partiya iştirak edə bilər”. /musavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür