Deputat çap məhsullarına, ali məktəb dərsliklərinə ƏDV-nin ləğvini təklif etdi

13:57 15-11-2019 | icon 265 | Siyasət
Deputat çap məhsullarına, ali məktəb dərsliklərinə ƏDV-nin ləğvini təklif etdi

“Bu gün ən vacib məsələlərdən biri cəmiyyətdə kitab oxumağa meyilliliyin artırılması istiqamətində addımlar atmaqdır”.

 

Versus.Az-ın məlumatına görə, bunu Milli Məclisdə Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı müzakirələrdə kitaba, çap məhsullarına qoyulan ƏDV-nin götürülməsi və ya azaldılması təklifi ilə çıxış edən millət vəkili Qənirə Paşayeva deyib.

 

Millət vəkili kitab və çap məhsullarına, ali məktəb dərsliklərinə ƏDV-nin ləğv edilməsi və ya ciddi azaldılmasını təklif edib və onun önəmi ilə bağlı geniş fikirlərini söyləyib.

 

Ölkəmizdə gənclər arasında kitaba meyilliliyin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini deyən Qənirə Paşayeva kitaba, çap məhsullarına, ali məktəb dərsliklərinə qoyulan Əlavə Dəyər Vergisinin qonşu ölkələrlə müqayisədə çox yüksək olduğunu söyləyib. Bəzi ölkələrdə ümumiyyətlə kitaba görə ƏDV tətbiq olunmur, bəzilərində isə bu çox cüzi rəqəmlərlə ölçülür.

 

Oxucular və yazarlarımızın bu məsələ ilə bağlı təklifini səsləndirən millət vəkili qarşıdan gələn 2020-ci ildə sözügedən məhsullara qoyulan 18 faizlik ƏDV-nin azaldılmasını, mümkün olduğu təqdirdə isə ləğv edilməsini xahiş edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

İncəsənətimizin RAMİZİ…

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı