Bələdiyyə sədri cəzalanıb

14:54 15-11-2019 | icon 296 | Cəmiyyət
Bələdiyyə sədri cəzalanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində tullantıların qalaqlanması və antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan şikayət Nazirliyin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Versus.Az xəbər verir ki, bunu Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

 

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı və ətrafa qoxunun yayıldığı faktı təsdiqini tapıb.

 

“Faktla bağlı tullantıların idarə edilməsinə cavabdeh Dağ Kəsəmən bələdiyyəsinin sədri Ariz Bayramov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Ərazinin tullantılardan təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin