Azərbaycanlı deputat hakim partiyadan ayrılmayacağını deyib

15:27 15-11-2019 | icon 339 | Dünya
Azərbaycanlı deputat hakim partiyadan ayrılmayacağını deyib

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyev parlament çoxluğu olan “Gürcü Arzusu” partiyasından ayrılmayacağını açıqlayıb.

 

Versus.Az xəbər verir ki, “Gürcü Arzusu-Mühafizəkarlar” fraksiyasından olan millət vəkili son hadisələrə görə fraksiyadan ayrılmaq fikrində olmadığını açıqlayıb. Ruslan Hacıyev eyni zamanda, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüdür.

 

Qeyd edək ki, bu gün “Gürcü Arzusu-Mühafizəkarlar” fraksiyasının 6 üzvündən 3-ü - Zviad Dzidziquri, Nino Qoquadze və Qiqa Bukia fraksiyadan ayrıldıqlarını açıqlayıblar. Bununla da ötən gün Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişinin qəbul edilməməsindən sonra hakim partiyadan ayrılan millət vəkillərinin sayı 12-yə çatıb.

 

Mühafizəkarlardan 2-si - Muxrani Vaxtanqadze və Paata Kvijinadze isə hələ rəy bildirməyib. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi