TEAS Press 5 yaşını qeyd edir

15:31 15-11-2019 | icon 354 | Mədəniyyət
TEAS Press 5 yaşını qeyd edir

2014-cü ildən fəaliyyətə başlayan və hazırda ölkənin ən qabaqcıl nəşriyyat evinə çevrilən TEAS Press 5 yaşını qeyd edir. Bu illər ərzində nəşriyyat öz məhsullarının çap keyfiyyətinə və seçdiyi kitablara görə oxucuların etibarını və rəğbətini qazanmağı bacarıb. Hər zaman fərqli və zövqlü dizayn edilmiş kitabları ilə seçilən TEAS Press 5 il ərzində 700 addan çox kitab nəşr edib.

 

Elmi-kütləvi, bədii, tarixi, motivasiya, iqtisadiyyat və bir çox mövzularda kitablar çap edən nəşriyyatın “3 alma” və “YAY” adlı fərqli kitab markaları isə mövzu və yaş kateqoriyasına görə bir-birindən fərqlənir.

 

TEAS Press Nəşriyyatının digər üstünlüyü isə, xarici və yerli yazarların yalnız müəllif hüquqlarını almaqla kitabları nəşr edir. Bundan başqa, hüquqları alınmış xarişi nəşrləri orijinal dildən tərcümə etməklə TEAS Press ətrafına çoxlu sayda tərcüməçilər, redaktor və korrektorları toplaya bilib. Həmçinin nəşriyyata məxsus bir sıra kitabların hüquqları xarici nəşriyyatlar tərəfindən alınaraq xarici dillərə tərcümə olunaraq həmin ölkələrdə nəşr olunur.

 

Ölkə başçısı cənab İlham Əliyevin kitaba və mütaliəyə hər zaman göstərdiyi diqqət və qayğını əsas götürən TEAS Press daima müxtəlif tədbirlər, imza günləri və kitab təqdimatları keçirməklə ölkədə mütaliənin təbliğinə az da olsa öz töhfəsini verməyi qarşısına məqsəd qoyub.

 

Bu 5 il ərzində hər zaman oxucuların fikirlərini və istəklərini nəzərə alan TEAS Press Nəşriyyat Evi sizə xidmət göstərməkdən məmnundur!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin