Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

16:36 15-11-2019 | icon 980 | Siyasət
Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

Hafiz Hacıyev: "Rəsulzadə bilsəydi ki, İsa Qəmbərlə Arif Hacılı kimi satqınlar partiyaya sədrlik edəcək..."

 

Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar mühacir bazarı açmaq günahlandırılırlar.

 

Versus.Az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyir ki, bununla bağlı bir neçə ay öncə hüquq mühafizə orqanlarına müraciət edib ölkəmizin əlehinə anti-təbliğat aparan qüvvələrin xarici dövlətlərdə yerləşdiyini bildirib:

 

"O ölkələrdə olan səfirlərimizin başı alverə qarışdığı üçün bu barədə heç bir tədbir görmürlər. Sevindirici haldır ki, 3-4 aydan sonra bu məsələnin üzərinə düşdülər. Orada olanların hamısı müsavatçılar, cəbhəçilərdir. Onlar saxta vəsiqə alıb, 5 sutka həbs yatmaqdan ötrü aksiyalarda gedib polisi itələyir, yalandan özlərini döydürürlər ki, xaricdə qaçqın statusu ala bilsinlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacıyev və Cəmil Həsənli Azərbaycan vətəndaşlarının xaricdə məskunlaşmaqları üçün çox böyük mübarizə aparırlar. Onları orada yığmaqda məqsədləri lazım olan anda mitinqlər keçirib, ölkəmizin ünvanına xoşagəlməz ifadələr işlətsinlər. Təbii ki, onların başında da küçə uşaqları dayanır. Onların bir hissəsi həbs olunub, bir hissəsi də deportasiya olunacaq. Bu düşünürəm ki, azdır. Cəmil Həsənlinin Azərbaycan vətəndaşlığından çıxarılması prosesi başlanılmalıdır. O, Amerikada oturub, Azərbaycanın əlehinə təbliğat aparır. Bilirsiniz ki, Cəmil Həsənli ermənilərlə qohumdur. O, qızını erməniyə ərə verib. Əli Kərimli barəsində ciddi tədbirlər görülməlidir. Vəsiqələri satıb, cəbhəçiləri mühacir həyata məcbur ediblər. Onlar da orada belə işlərlə məşğul olurlar".

 

Hafiz Hacıyev bildirib ki, təcili İsa Qəmbər həbs edilməlidir:

"Əgər istintaq başlayıbsa ədalətli aparılmalıdır. Onları oraya yönəldən insanlardan əsas haq-hesab soruşulmaldır. Onları ora İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacıyev göndərib. İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənli, Arif hacıyev küçə uşaqlarıdır. Onlar vətənlərinə xəyanət ediblər. Biz bu məsələdə ayrı-seçkilik etməməliyik.Mən tələb edirəm ki, Cəmil Həsənlinin ölkəyə qayıtmasına imkan verilməsin. Amerikada oturub Azərbaycan əleyhinə erməni qohumları ilə birlikdə iş apardığına görə elə ordaca həbs edilsin. Xaricdə oturub internet televiziyaları vasitəsi ilə Azərbaycanı təhqir edənlər də qanun qarşısında cavab verməlidir. Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli də istintaqa cəlb edilməldir".

 

Hafiz Hacıyev vurğulayıb ki, onların xaricdə məskunlaşmasında kömək edən bəzi hüquq mühafizə orqanlarının əməkdaşları da həbs edilməldir:


"Çünki onların həmin şəxslərin xaricdə məskunlaşması üçün saxta arayış veriblər. Bu ortaya çıxmalıdır. Xalq görməldir ki, kimliyindən asılı olamayaraq vətənə xəyanət edən hər bir şəxs cəzasını alır. Onlar Azərbaycanı Suriya vəziyyətinə salmaq istəyirlər. Düşünürəm ki, təcili istintaq başlamalıdır. Almaniyanın hüquq- mühafizə orqanları onların evində axtarış aparıb. Onların evindən Müsavat partiyasının partiya biletləri çıxıb. Məhəmməd Əmin Rəsulzadə bilsəydi ki, İsa Qəmbər və Arif Hacılı kimi satqınlar partiyaya sədrlik edəcək, bu partiyanın adı çəkməzdi. Ona görə biz bu missiyanı öz üzərinə götürmüşük. Təcili o partiyanın bağlanması ilə bağlı hüquq-mühafizə orqanları Ədiliyyə Nazirliyi qarşısında məsələ qaldırmalıdır. Əli Kərimlinin partiyasının bağlanması və onun ölkədə fəaliyyət göstərməsi qadağan olunmaldır. Milli Şuranın işinə yenidən baxılmaldır. Cəmil Həsənli başda olmaqla digərlərinin ermənilərlə əlbir olub ölkəmizə qarşı anti-təbliğat aparmaqları sübut edilməldir. O cümlədən Azərbaycanın daxilində xaricdəkilərə dəstək olub, pul göndərən məmurlar ifşa olunub, xalqın gözü qarşısında cəzalandırılmalı, həbs olunmalıdır". /Sonxeber.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları