Arif Hacılı jurnalistlərdən qorxdu?


"İttihamlara cavab vermək əvəznə bizə "Facebook"dan söz göndərir"
Gəlmişik Müsavat Partiyasının başqanı Arif Hacılıdan müsahibə almağa. Özü qərarhahda olmasa da, köməkçisi ilə xəbər göndərdi ki, müsahibə vermək istəmir. Biz isə israr elədik. Çünki söhbət çox ağır ittihamlardan, Arif Hacılının özünün bir neçə saat əvvəl yazdığı kimi evlərini satıb saxta mühacirlik üçün külli miqdarda vəsait ödəyən insanların aldadılmasından, ailələri ilə Almaniyadan deportasiya edilməsindən gedir.
Versus.Az xəbər verir ki, bunu Real Tv-nin əməkdaşı Mahir Məmmədli deyib.
Onun sözlərinə görə, Arif Hacılı qərargaha gəlmək, ittihamlara cavab vermək əvəznə onlara "Facebook"dan söz göndərir:
"Bilirsiniz niyə? Çünki deyəcək sözü yoxdur. Partiya sədri bir jurnalistin sualından çəkinib öz qərarhagına gəlmir. Onun statusunun altındakı şərhlərdə isə bizi linçlə hədələyirlər. Arif Hacılı isə bu şərhə münasibət bildirmir.
Arif Hacılı bilir ki, saxta mühacir əməliyyatının başlamasında Real Tv-nin rolu var. Məhz biz saxta arayışları, saxta möhürləri nümayiş etdirmişdik. Arif Hacılı, müsahibə verib-verməməyə gəlincə, mən jurnalistəm və kimdənsə müsahibəni ona lazım olan vaxtda yox, mənə lazım olan vaxtda alıram.
Biz gedirik. Qayıdın iş başına. Bir jurnalistin suallarından bu qədər qorxmağa dəyməz".
Qeyd edək ki, Azərbaycandan Almaniyaya qanunsuz yollarla mühacir aparan bir qrup Müsavatçı Almaniya polisi tərəfindən saxlanıldıqdan sonra Müsavat partiyası Azərbaycan ictimaiyyətinin ciddi qınağına tuş gəlib.
Versus.Az

Xəbər lenti

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır
"Xalqa yaxın olmaq və "yeni başlanğıc" üçün mən də seçkiyə qatılacam" "Müxalifətin parlament seçkilərində iştirakı vacibdir.
HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ
Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq
BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib
Növbədənkənar seçkiləri labüd edən məqamlar
"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"
Milli Məclisin adı dəyişdiriləcəkmi?
"Mənim ixtiyarım öz əlimdə deyil"
Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər
650 min ağacın əkilməsi şairin doğulduğu şəhərdən başlanıb
"YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək"
"Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq"
Əhalinin təbii artımı azalır
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"
“Həyəcan” düyməsi
İrəli
