Bakıda III Beynəlxalq Uroonkologiya simpoziumu keçirilib

14:11 16-11-2019 | icon 355 | Sağlamlıq
Bakıda III Beynəlxalq Uroonkologiya simpoziumu keçirilib

Bu gün Bakıda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə III Beynəlxalq Uroonkologiya simpoziumu keçirilib.

 

Versus.Az xəbər verir ki, simpoziumun açılış mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin direktorunun birinci müavini Fuad Quliyev bildirib ki, tədbirdə azərbaycanlı mütəxəssislərlə yanaşı, Türkiyə, Almaniya, Hollandiya, Rusiya, Ukrayna, Belarus və Gürcüstandan gəlmiş onkoloq-həkim və tədqiqatçılar iştirak ediblər.

 

F.Quliyev qeyd edib ki, onkoloji xəstəliklər bugünkü səhiyyənin ən aktual məsələlərindən biridir:

"Dünyada onkoloji xəstələrin sayı getdikcə artmaqdadır. Lakin ən önəmli məsələ onkoloji xəstəliklərlə uğurlu mübarizə aparmaq üçün insanların maarifləndirilməsidir. Eyni zamanda peşəkar kadrların hazırlanmasına da ehtiyac var. Bu kimi tədbirlərin əsas mahiyyəti həm də qarşılıqlı fikir mübadiləsi aparmaq və bu sahəni bir az da inkişaf etdirməkdir. Bakıda onkoloji xəstəliklərlə bağlı simpoziumun keçirilməsinin məqsədi budur".

 

Direktor müavini qeyd edib ki, bu gün səhiyyənin inkişafı üçün qarşılıqlı fikir mübadiləsinin aparılmasına ehtiyac var. Bu sahənin mütəxəssisləri öz təcrübələrini bir-biri ilə paylaşmalıdırlar.

 

Qeyd edək ki, simpoziumda uroonkoloji xəstəliklərə müasir yanaşmanın rolu, ona müxtəlif yanaşma aspektləri müzakirə edilib.

Tədbirdə "Azərbaycanda uroonkoloji xidmətin təşkili", "Urologiya təlimində standartlar", "Prostat xərçəngində aktiv müşahidə" və s. mövzularda çıxışlar dinlənilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol