SİYAVUŞ NOVRUZOV yazır: Kərimlivari “sədaqət” və “cəsarət”

15:54 16-11-2019 | icon 79 | Siyasət
SİYAVUŞ NOVRUZOV yazır: Kərimlivari “sədaqət” və “cəsarət”

 

Atalar demişkən - “qozbeli qəbir düzəldər”

 

Hər bir siyasi hərəkat geniş kütlələrə xitab edə bilməyəndə, daha doğrusu deməyə sözü olmayanda marginallaşmağa məhkum olur. Bu əslində qaçınılmaz bir nəticədir və həmin siyasi cərəyanın tərəfdarları üçün də ciddi fəsadlar doğurur. İçində olduqları böhranlı situasiyadan çıxmaq üçün şər və böhtan siyasi mübarizə metoduna, əqidə isə alver predmetinə çevrilir. Bu baxımdan AXCP sədri Əli Kərimlinin səsləndirdiyi son fikirlər nəinki xəstə təxəyyülün məhsuludur, hətta həqiqətlə daban-dabana ziddir. Bir illik hakimiyyətlərinin “demokratik məziyyətlərindən” bəhs edən Əli Kərimlinin korlanmış hafizəsini o dövrün bəzi reallıqlarını xatırlatmaq istərdim.

 

Ulu Öndər Heydər Əliyevin həm beynəlxalq, həm ölkə daxili nüfuzundan o dərəcədə qorxurdular ki, onun rəhbərliyi altında yaradılacaq Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirmək üçün Bakı şəhərində yer ayırmadılar. Məlum olduğu kimi, 500-dən çox nümayəndə olduqca çətin şərtlər altında blokada şəraitnində olan Naxçıvana yollanaraq təsis konfransını orda keçirməyə nail oldular. Onlar hətta Heydər Əliyevin hüquqlarını müdafiə komitəsinin mətbuat konfransına o dövrün daxili işlər nazirinin himayəsində olan “Bozqurd” çuların basqınını təşkil edərək görkəmli akademiklərimiz Fərəməz Maqsudov və Ziya Bünyadova güc tətbiq etmiş, həbsə atmışdılar.

 

AXC hakimiyyəti şiddət və güc ritorikasını təkcə YAP-a qarşı deyil, cəmiyyətdə onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi. Bu gün sərbəst toplaşmaq hüququnu əldə bayraq edərək ölkəni qərb dövlərlərinə və beynəlxalq təşkilatlara şikayət edən, donos yazan şəxslər özləri hakimiyyətdə olduqları dövrdə belə aksiyalara qətiyyən imkan yaratmırdılar. Misal üçün Nemət Pənahlı meydan hərəkatının növbəti ildönümünü qeyd etmək üçün aksiya təşkil etmək istəyəndə onu və tərəfdarlarını kütləvi şəkildə döyüb həbsə atdılar. Ölkədə terror və qorxu mühiti yaratmaq üçün “xüsusi səlahiyyətlər” verilmiş o dövrün Daxili İşlər nazirinin müxalif partiyaların televiziya debatı zamanı studiyaya etdiyi basqın, müxalif partiya liderinin döyülərək avtomobilin yük yerinə salınması,baş redaktora qəzet yedizdirilməsi, Cənub zonasında dinc sakinlərə qarşı həyata keçirilmiş “subtropik əməliyyatı” AXC-nin “demokratik idarəçiliyinin” yalnız bəzi nümunələridir.

 

Kriminogen durum o qədər gərginləşmişdi ki, başına 10 nəfər silahlı toplayan hər kəs Bakıda və əyalətlərdə hüququ və qanunu əvəz edirdi. İmkanlı şəxslərin evlərinə polis tərəfindən qanunsuz baxışlar həyata keçirilir, bəzən isə açıq şəkildə talanırdı.

 

Uzun illər və böyük zəhmət hesabına yaradılmış iqtisadi infrastruktura nəinki tamamilə dağıdılmış, zavod və fabriklər, kolxoz və sovxoz invertarları dəyər-dəyməzinə metallom kimi xarici ölkələrə satılmışdı. Kənd təsərrüfatı və heyvandarlıq tamamilə məhv edilmişdi. İnflasiya faciəli həddə çatmışdı və əhali üçün talon sistemi tətbiq olunurdu. Ərzaq məhsullarının keyfiyyətindən isə danışmağa dəyməzdi. Misal üçün o dövrün baş naziri Pənah Hüseyn əhalini keyfiyyətli ərzaqla təmin etmək əvəzinə xaricidən quş yemi idxal etmişdi. Habelə AXC hakimiyyətinin ölkə iqtisadiyyatına gətirdiyi “yeniliklər”dən biri də “şapka” termini idi. Belə ki, istər xarici, istərsə də daxili investor hakimiyyətdəki müəyyən şəxsləri “görüm-baxım” etmədən heç bir biznes fəaliyyəti ilə məşğul ola bilməzdi.

 

Belə idarəçiliyin faciəli nəticələri özünü çox da gözlətmədi. Ermənistanla aparılan müharibədə ciddi məğlubiyyətlər və itkilər ard-arda gəlməyə başladı. 1993-cü ilin aprelində müharibənin sonrakı gedişatına birbaşa öldürücü təsir göstərəcək mühüm strateji əhəmiyyətli Kəlbəcər rayonu itirildi.

 

Bütün bu faciələrin birbaşa günahkarlarından olan Əli Kərimli indi “cəsarət”, “sədaqət” və s. bu kimi ali kateqoriyalardan dəm vurur.

 

Əvvəlcə “sədaqət” barədə. AXC hakimiyyətinin funksionerlərinin böyük əksəriyyəti Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçiləri və ya əməkdaşları idi. Lakin hakimiyyətə gəldikdən sonra ilk işlərindən biri AMEA-nı bağlamaq və ləğv etmək istiqamətində cəhdlər göstərmək oldu. Yalnız ölkənin elmi ictimaiyyətinin ciddi etirazlarından sonra bu üzdəniraq təşəbbüsün qarşısı alındı. Yəqin ki, bu cəhdin səbəbi uzun illər bu qurumda çalışaraq ortaya heç bir sanballı elmi əsər qoya bilməyən cəbhəçilərin bu idarədən almaq istədikləri qisas hissindən qaynaqlanırdı.

 

Cəbhəçilər, hətta Azərbaycan xalqının uğrunda yarım milyona yaxın itki verdiyi 9 May Qələbə günü də rəsmi bayram təqvimindən çıxardılar. Bununla da onlar xalqımızın keçmişinə olan “hörmət və sədaqət” duyğularını biruzə verdilər.

 

Bəzən AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu bir ilin bütün əsas problemlərin mənbəyi kimi göstərilməsinə qarşı çıxılır. Halbuki bəzən nəinki bir il, hətta bir ay və bir həftə belə bir xalqın tarixində tale yüklü rol oynaya bilər.Misal üçün bəşəriyyətin o dövrə qədərki intellektual mirasını özündə birləşdirən İsgəndəriyyə kitabxanası VII əsrdə Xəlifə Ömərin bir əmri ilə yandırılıb külə döndü. Beləliklə, sivilizasiyanın böyük bir xəzinəsi bir anın içində məhv oldu. Bu baxımdan AXC hakimiyyətinin də Azərbaycan tarixindəki rolunu məhz belə qiymətləndirmək olar.

 

Əli Kərimlinin isə fərdi sədaqət hissini yəqin ki, Azərbaycan cəmiyyətində bilməyən yoxdur. “Xəbərçilik” fəaliyyətinə BDU-da komsomol katibi olduğu zaman rektora göstərdiyi xüsusi xidmətlərlə başlayan bu şəxs dostlarını sataraq özünə karyera quranlardandır. Daha sonrakı mərhələdə mənsub olduğu siyasi təşkilatın qarşısında səcdə etdiyi liderinə xəyanət edərək onun haqqında mətbuata rüsvayedici məlumatlar ötürməyə başladı. Məqsəd onu devirib təşkilat rəhbəri olmaq idi. Sonradan zamanla bu pis vərdişini daha da “inkişaf” etdirərək, öz ölkəsindən qərb dövlətlərinə və beynəlxalq təşkilatlara çuğulçuluq etməyə başladı. Görünür bu xarakter onda daimidir və atalar demişkən “qozbeli qəbir düzəldər”.

 

Habelə Əli Kərimli Azərbaycanda “mühacir alveri”nin “qurucu və baniləri”ndəndir. Yəni ki, bu günlərdə Almaniyada bu “biznes”də ilişən müsavatçılar cəbhəçilərin yanında olduqca məsum görünür. Çünki Kərimli faktiki rəhbəri olduğu “Azadlıq” qəzetinin xüsusi müxbiri Fikrət Hüseynli vasitəsilə bu biznesi Avropada çoxdan “çiçəkləndirmişdi”.

 

Bir neçə kəlimə də bu şəxsin “cəsarəti” haqqında. 1993-cü ildə Sürət Hüseynovun qiyamı başladığı gündən ta ki, 1994-cü ildə Ulu Öndər bu qiyamçını zərərsizləşdirənə qədər qiyamçıya müqavimət göstərmək əvəzinə qaçıb Kələkidə gizlənən bu “lider” indi tərəfdarlarına müraciət edərək, onları cəsarətli olmağa səsləyir. O bu şakərini indi də davam etdirir. Kütləvi aksiyalara ya qatılmır,ya da 19 oktyabrda olduğu kimi başa çatdıqdan sonra gəlir. Heç vaxt kütləvi aksiyalar zamanı ön sıralarda olmayan bu şəxs görəsən özündə olmayan bu kefiyyəti başqalarında hansı üzlə axtarır?

 

Həqiqətən də, atalar yaxşı deyib: “utanmasan, oynamağa nə var ki?”

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Milli inkişaf strategiyasının müəllifi

Lerikdəki uzunömürlülər - FOTO

Qocalmanın qarşısını alan - püstənin FAYDALARI