"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

16:30 16-11-2019 | icon 365 | Siyasət
"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Əlisahib Hüseynov: "Saxta mühacirlik üçün külli miqdarda vəsait ödəyən insanlar aldadılıb"

 

"Bir qrup Müsavatçının Almaniya polisi tərəfindən saxlanılmasından sonra Müsavat Partiyasının Azərbaycan ictimaiyyətinin ciddi qınağına tuş gəlməsi tamamilə təbii haldır".

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında DADP sədri Əlisahib Hüseynov bildirib:

 

"Məsələ burasındadır ki, Almaniyanın hüquq-mühafizə orqanları necə deyərlər, "əcinnə ovu"na çıxmayıblar. Alman polisi sadəcə olaraq öz işi ilə məşğuldur. Saxlanılanlar Müsavat partiyasının keçmiş üzvləri sayılır. Bu həbslər nəticəsində böyük bir cinayətkar şəbəkənin varlığı üzə çıxıb. Onların təhriki nəticəsində evlərini satıb saxta mühacirlik üçün külli miqdarda vəsait ödəyən insanlar aldadılıb".

 

Əlisahib Hüseynov bildirdi ki, Arif Hacılının orijinal imzasıyla, Müsavatın halalca möhürüylә bir sıra insanlara saxta “siyasi mühacir” statusunu əldə etməkdən ötrü arayışlar verilib ki, indi də həmin insanların ailələri ilə birlikdə Almaniyadan deport edilməyə başlanıb:

 

"Bu saxtakarlıqlarla məşğul olan cinayətkar dəstənin saxlanılan üzvləri barəsində Almaniyanın yerli məhkəmələri tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Lakin Müsavat Partiyasının rəhbəri və funksionerləri hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar. Nə vaxta qədər qaçacaqlar və hara qədər qaçacaqlar? Bir siyasi partiyanın "mühacir biznesi" (insan alveri) ilə məşğul olması nəinki mənəvi, eyni zamanda siyasi rüsvayçılıqdır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR

“Qalatasaray” yenə uduzdu