5-ci Azərbaycan Çempionatının və Bakı Birinciliyinin qalibləri müəyyənləşib

08:58 17-11-2019 | icon 477 | İdman
5-ci Azərbaycan Çempionatının və Bakı Birinciliyinin qalibləri müəyyənləşib

Noyabrın 16-da Sumqayıt Olimpiya İdman Kompleksində akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan çempionatının və Bakı Açıq Çempionatının və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Çempionatının və Bakı Birinciliyinin qalibləri müəyyənləşib.

 

Versus.Az xəbər verir ki, "uşaqlar" (2003-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında qadın cütlüklərinin tərkibində çoxnövlülük üzrə proqramın (balans, temp və kombinə olunmuş hərəkətlər) nəticələrinə görə 26-cı Azərbaycan Çempionatı və Bakı Açıq Çempionatının mükaftçıları Zarina Musayeva və Mələk İbrahimova (birinci yer, 69.050 xal), Anastasiya Mazanova və Məryəm Məmmədova (ikinci yer, 67.500 xal), Selcan Axundzadə və Əsmər Rəhmətzadə (üçüncü yer, 62.000 xal) olublar. Birinci və üçüncü yerləri tutan idmançılar "Ocaq Sport" idman klubunu təmsil edir, ikinci yerin qalibləri Bakı gimnastika məktəbini təmsil edir.

 

"Uşaqlar" yaş kateqoriyasında qarışıq cütlüklərdə birinci pilləni Rauf Cabbarov və Samirə Rüstəmova cütlüyü (79.200 xal), gimnastlar Bakı Gimnastika Məktəbini və "Ocaq Sport" idman klubunu təmsil edirlər. İkinci yeri "Neftçi" idman klubunun nümayəndəsi - Həmid Rəfiyev və Emin Əhmədov cütlüyü (60.600 xal) tutub.

 

"Uşaqlar" yaş kateqoriyasında qadın qrupları arasında ən yaxşı nəticəni Bakı gimnastika məktəbinin nümayəndələri - Nəzrin Zeyniyeva, Anahita Bəsxiri, Zəhra Rəşidova (74.500 xal), ikinci yeri "Ocaq Sport" idman klubunun yertirmələri Diana Məmmədova, Dinara İbadova, Narmin Ağamirzazadə (71.850 xal) tutublar.

 

"Uşaqlar" yaş kateqoriyasında kişilər qrupunda çıxış edən "Ocaq Sport" idman klubunun nümayəndələri İlyas Allahverdiyev, Elvin Vəliyev, Rəvan Zeynallı, Həsən Hüseynli 72.050 xal toplayıblar.

 

"Yeniyetmələr" yaş kateqoriyasında (2001-2010) kişi cütlüyündə çıxış edən "Ocaq Sport" idman klubunun Şabran filialının şagirdləri Murad Əzizov və Nihat Zeynalov 65.900 xal nəticə göstəriblər.

 

"Yeniyetmələr" yaş kateqoriyasında qadın cütlüklər arasında birinci yeri Bakı gimnastika məktəbinin və "Ocaq Sport" idman klubunun nümayəndələri Emiliya Xəlilova və Samirə Rüstəmova (75.200 xal), ikinci yeri isə "Neftçi" idman klubunun yetirmələri Mina Beydiyevva və Ayla Zakiryayeva (71.680 xal) tutublar.

 

"Yeniyetmələr" yaş kateqoriyasında qarışıq cütlüklərdə Nizam Həmidulin və Mehriban Salamova (79.650 xal) ən yaxşı nəticə göstəriblər, Sabir Ağayev və Milana Əliyeva (78.950 xal) ikinci, Aylin Məmmədova və Turan Məmmədov isə üçüncü yerdə ( 77.700 bal) qərarlaşıblar. Bütün gimnastlar Bakı Gimnastika Məktəbini təmsil edir.

 

Bakı Gimnastika Məktəbinin yetirmələri - "yeniyetmələr" yaş kateqoriyasında qadınlar qrupunda çıxış edən Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadə 84.000 bal toplayıblar.

 

"Yeniyetmələr" (2000-2008) yaş kateqoriyasında kişi cütlüyünün tərkibində Bakı Gimnastika Məktəbinin yetirmələrin Daniel Abbasov və Murad Rəfiyevin cıxışı hakimlər tərəfindən 84.820 xalla qiymətləndirilib.

 

Milli komandanın nümayəndələri Abdullah Əl-Myaşayhi və Ruxidil Qurbanlı "böyüklər" yaş kateqoriyasında (2006-cı il təvəllüdlü və daha yuxarı) qarışıq cütlüklərdə 30.390 xal toplayıblar.

 

Milli komandanın nümayəndələri Seymur Cəfərov və Murad Akperov "böyüklər" yaş kateqoriyasında kişi cütlükləri arasında 28.190 xal topladılar.

 

"Körpələr" yaş kateqoriyasında (2011-2012) qadınların fərdi proqramında aerobika gimnastikası üzrə 5-ci Azərbaycan çempionatının və Bakı çempionatının mükafatçıları Qəmər Ağaqulu (birinci yer, 14.983 xal), Ayan Qasımova (ikinci yer, 14.850 xal), Ayan Ağayeva (üçüncü yer, 14.583 xal) olublar. Gimnastlar "Ocaq Sport" İdman Klubunu təmsil edirlər.

 

"Körpələr" kateqoriyasında üçlüklər arasinda birinci yeri "Ocaq 1" (13.550 xal), ikinci yeri "Ocag 4" (13.533 xal), üçüncü yeri "Ocaq 2" (12.616 xal) üçlüyü tutub.

 

"Uşaqlar" (2008-2010) yaş kateqoriyasında Məryəm Topçubaşova (17.433 xal) fərdi qadın proqramında birinci, Fidan İbrahimova (17.183 xal) ikinci, Evelina Kozlovskaya (16.866 xal) üçüncü yeri tutub. Gimnastların üçü də "Ocaq Sport" İdman Klubunu təmsil edir.

 

“Uşaqlar” kateqoriyasında üçlüklər arasında ən yaxşı nəticəsini “Ocaq 1” (16.933 xal), ikinci yeri “Ocaq 3” (15.066 xal), üçüncü yeri isə “Ocaq 6” (14.666 xal) üçlüyü tutub.

 

"Uşaqlar" kateqoriyasında qruplar arasında "Ocaq 4" (16.583) komandası birinci, "Ocaq 1" (15.300 xal) ikinci, "Ocaq 2" (15.300 xal) üçüncü yeri tutub.

 

"Uşaqlar" yaş kateqoriyasında aerodens proqramında "Ocaq 2" komandası (15.950 xal) lider olub, "Ocaq 1" komandası (14.783 xal) ikinci, "AyUlduz-2" komandası (14.566 bal) isə üçüncü yerdə qərarlaşıb.

 

"Yeniyetmələr" (2005-2007) yaş kateqoriyasında qadınlar arasında fərdi proqramında (2005-2007) Dilarə Qurbanova (18.600 xal) birinci, Nesrin Hacızadə (17.983 xal) ikinci, Leyla Becanova (17.216 xal) üçüncü yerə layiq görülüblər. Hər üç gimnast "Ocaq Sport" İdman Klubunu təmsil edir.

 

"Yeniyetmələr" yaş kateqoriyasında üçlüklər arasında ən yaxşı nəticəni "Ocaq 2" (18.233 xal) komandası göstərib, ikinci yerdə "Ocaq 1" (17.616 xal) komandasıdır.

 

"Yeniyetmələr" yaş kateqoriyasında qruplar arasında birinci yeri "Ocaq 1" komandası (17.666 xal), ikinci yeri "Ocaq" 2 komandası (17.200 xal) tutub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər