“İki çay arasında cənnət” adlı kitab çap olunub

11:45 17-11-2019 | icon 1316 | Ədəbiyyat
“İki çay arasında cənnət” adlı kitab çap olunub

Tanınmış jurnalist Vüsal Tağıbəylinin “İki çay arasında cənnət” adlı növbəti kitabı çapdan çıxıb.

 

 

Özbəkistan səfərinin yekunu olaraq təəssüratlarını oxucularla bölüşən müəllif, bu ölkədə gəzib-gördüyü şəhər və kəndlərin tarixi abidələri, mədəniyyət və məişəti, iqtisadiyyatı, turizm potensialı, ən əsası isə insanların özünəməxsus, ənənəvi adət-ənənələri barədə oxuculara məlumat verməkdədir.

 

Müəllif 14 fəsildən ibarət kitabında Özbəkistanın bütün vilayətləri haqqında ayrıca söhbət açır. Qeyd edir ki, ölkənin harasında yaşamasına baxmayaraq insanlar Azərbaycan haqqında yalnız xoş sözlər deyir, Bakını görmək arzularını dilə gətirirdilər. Hətta yaşlı insanlar SSRİ zamanında azərbaycanlı dostlarının olduğunu deyər, onlarla bağlı xoş xatirələr danışırdılar.

 

Müəllif əsəri boyunca Özbəkistanın bütün şəhərlərində təmizliyə maksimum fikir verilməsindən, hətta, məsələn, paytaxt Daşkəndin küçələrində yerdə adi siqaret qalığını belə görməməsindən ağız dolusu söz açır. “Şəhərlərdə bağ və parklarda, enli küçələrin kənarlarında sırayla əkilmiş, biz azərbaycanlıların da sevə-sevə yediyi al-əlvan rəngli reyhanların ətri adamı bihuş edir” yazan müəllif əlavə edir ki, bu ölkənin şəhərlərində ağacı kəsmək cinayət sayılır və ona görə də hər yerdə onillərə, hətta əsrlərə şahidlik etmiş çinarlar adamı heyrətə salmaqdadır.

 

Əsərdə Fərqanə vaidisinə geniş yer ayrılıb. Dünyanın ən hündür dağlarının arasında yer alan bu vadini əfsanəvi cənnət adlandıran müəllif yazır ki, Sırdərya çayı və qollarının suvardığı Fərqanədə bir qarış da olsun torpaq istifadəsiz qalmır – mütləq ya meyvə ağacları, ya da üzüm tingləri əkilir. Ucsuz-bucaqsız pambıq plantasiyaları, üzümliklər və xüsusən son illər sahələri sürətlə genişləndirilən meyvə bağları, Fərqanə vadisinin əhalisi üçün həm iş yeri, həm də qazanc və ərzaq bazası rolunu oynayır.

 

Yeri gəlmişkən, müəllif yazır ki, xüsusilə qədim Əndican vilayətində dünyanın ən qonaqpərvər, üzügülər və dostsevər insanları yaşayır. Hətta o qədər mehribandırlar ki, dünyanın yükünü daşıyan adam da orada dərd-sərindən xilas olur.

 

Kitabda böyük bir bölüm də Səmərqəndə, Buxara və Xivəyə həsr olunmaqdadır. Müəllif yazır ki, Əmir Teymurun məzarı önündə baş əymək hər bir tarixsevərə elə böyük qürur yaşadır ki... Əmir Teymurun, xələflərinin tikdirdiyi əzəmətli sarayların, möhtəşəm məscidlərin həndəvərində dolaşan hər bir kəs özünü xəyalən o dövrdə hiss edir. Qədim tarixi ilə yanaşı müasir, inkişaf etmiş infrastrukturu, eyni zamanda yaşıllıqları ilə seçilən Səmərqənd tamam başqa aləmdir. Buxara və Xivə isə tarixin canlı muzeyi olsalar da, səhranın qoynunda yerləşdikləri üçün yaşıllıqları bir az kasaddır...

 

Kitabda qeyd olunur ki, Özbəkistanın bütün vilayətlərində saysız-hesabsız tarixi abidələr mövcuddur və həm də onlar yeni nəsillər üçün kifayət qədər yaxşı qorunublar. Bundan əlavə, Özbəkistanın demək olar ki, bütün şəhərlərində eksponatlarla zəngin muzeylərin qapısı ziyarətçilərin üzünə açıqdır.

 

Beləliklə, “İki çay arasında cənnət” kitabı qardaş Özbəkistan dövlətini tanıyıb-duymaq istəyən hər kəs üçün əvəzsiz, zəngin mənbədir...

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər