Polis 40 aksiya iştirakçısını saxlayıb

15:33 17-11-2019 | icon 363 | Dünya
Polis 40 aksiya iştirakçısını saxlayıb

İran Ali dini lideri Əli Xamenei hökumətin benzinin bahalaşması barədə qərarını dəstəkləyib.

 

Versus.Az xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat yayıb.

 

Əli Xamenei bildirib ki, hakimiyyətin qolları ekspertlərin dəstəklədiyi qərarı qəbul edib və bu qərar icra olunmalıdır.

 

İSNA agentliyi isə polisin Yəzd şəhərində benzinin bahalaşması əleyhinə keçirilən aksiyalara qatılan 40 nəfəri saxladığı barədə məlumat yayıb. Şəhər prokuroru bildirib ki, saxlanılan şəxslər vandalizmə yol verib,  hücum çəkərək polis əməkdaşlarına ağır xəsarət yetiriblər. Prokuror saxlanılanların əksəriyyətinin Yəzd şəhər sakinləri olmadığını da söyləyib.

 

"RİA Novosti" agentliyi noyabrın 15-də başlayan aksiyalar zamanı 1 nəfərin, bəzi xəbər agentlikləri isə 10 nəfərədək ölənin olduğu barədə məlumat yayıb. 

 

Qeyd edək ki, noyabrın 15-də gecə ölkədə davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. Hökumətin qərarına əsasən, dövlət benzin kartına malik şəxslər ay ərzində bir litri 12 avrosent ekivalentinə bərabər olmaqla, 60 litrə qədər benzin ala bilər. Daha böyük həcmdə benzin almaq istəyənlər benzinin keyfiyyətindən asılı olaraq hər litr üçün 24 avrosentdən 30 avrosentə qədər ödəməlidirlər. Bu, indiyə qədər olan qiymətlərdən faktiki 3 dəfəyə bahadır.

 

Aksiyalar fonunda dünən Prezident Həsən Ruhani, spiker Əli Laricani və Ali Məhkəmənin sədri Ebrahim Raisi qapalı toplantı keçirib. Toplantıda hökumətin benzinlə bağlı qərarı dəstəklənib. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI