Azərbaycan xalqının tərkibində milli azlıqlar

13:28 18-11-2019 | icon 4771 | Cəmiyyət
Azərbaycan xalqının tərkibində milli azlıqlar

                                       Sevda Cavadova

                                      Aynurə Babayeva

                                  Bakı Dövlət Universiteti

                     Sosial Elmlər və Psixologiya fakultəsi

                                  Sosial iş ixtisası III kurs

                             [email protected]

                             [email protected]

 

 

Məqalədə Azərbaycan xalqının tərkibində rus və ləzgi milli azlıqları ilə aparılan tədqiqat və onun nəticələri öz əksini tapır. Eyni zamanda tədqiqatın keçirilməsi, bu sahədə yaranan çətinliklər, əldə olunan nailiyyətlər, metodların seçimi, anketlərin tərtibi, tədqiqatın nəticəsi və onun şərtləndiyi digər xüsusiyyətlər təhlil olunur.

 

 

             Açar sözlər: multikulturalizm, tədqiqat, metod, anket, sorğu

 

  Azərbaycan Respublikasının əhalisi mürəkkəb etnik tərkibə malikdir. Burada 100-dən artıq etnosun nümayəndəsi yaşayır. Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Müxtəlif milli-etnik qrupların  yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar arasında milli münasibətlər ahəngdar, öz dinc axarı ilə getmiş, etnik münaqişələr və gərginlik üçün zəmin olmamışdır.

 

 Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir.

 

Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır.

 

 Müxtəlifliyin vəhdəti etnik, milli və ya konfessional fərqlərin aradan qaldırılması demək deyil. Hazırda, Azərbaycanda onlarla milli azlığın nümayəndəsi yaşayır: rus, ukrayn, tat, kürd, belorus, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s.

 

Biz bu təqdiqat vasitəsilə yerli əhali və milli azlıqların qarşılıqlı münasibətlərini öyrənməyə çalışmışıq. Təqdiqat iki rayonun-Göyçay və İsmayıllı rayonlarının  ərazisində - Göyçayın ləzgi məhəlləsi adlı ərazisində və İvanovka kəndində həyata keçirilib. Tədqiqat lokal xarakter daşıyır.

 

Tədqiqatda yerli əhalinin ruslara qarşı münasibətini öyrənmək üçün kəmiyyət , rusların fikirlərini öyrənmək üçün isə keyfiyyət metodundan istifadə edilib. Kəmiyyət sorğusunun keçirilməsində anketdən istifadə edilib. Sorğu üz-üzə anket formasında həyata keçirilib. Keyfiyyət sorğusunun keçirilməsində isə intevryu metodundan istifadə olunub. 100 azərbaycanlı respondent ilə kəmiyyət sorğusu, 5 rus və 5 ləzgi respondent ilə keyfiyyət sorğusu götürülüb. Tədqiqatın birinci hissəsinin həyata keçirildiyi yer İsmayıllı rayonunun İvanovka kəndidir. Tədqiqatda aşağıdakı suallardan istifadə edilib:

 

  1. Sizin üçün ruslarla hansı qarşılıqlı münasibətlə münasibdir?
  2. Burada yaşayan ruslara münasibətiniz necədir?
  3. Bəyənmədiyiniz adətləri varmı? Varsa hansılardır?
  4. 4. Onların burada yerləşməsinə münasibətiniz necədir?
  5. Hər hansı səbəbdən münaqişəniz olubmu?
  6. Milli bayramlarımızı kollektiv şəkildə qeyd edirsinizmi?
  7. Dini bayramlarımız kollektiv şəkildə qeyd edirsinizmi?
  8. Onların milli bayramlarını birlikdə qeyd edirsinizmi?
  9. Yaşayış vərdişləri ilə sizinkilər üst-üstə düşürmü?
  10. Sizi narahat edən adətləri varmı?
  11. Onların sizin adətlərinizə uyğunlaşdığını düşünürsünüzmü?
  12. Rusların adətlərinin bizim adətlərimizə təsir edib dəyişdiyini düşünürsünüzmü?
  13. Rulsarın qonşuluq münasibətlərini aşağıdakı şkalada uyğun balla qiymətləndirin. (1-çox aşağı, 2-zəif, 3-orta, 4-yaxşı, 5-çox yüksək)
  14. Rusların sizinlə məişət münasibətlərini aşağıdakı şkalada uyğun balla qiymətləndirin. (1-çox aşağı, 2-zəif, 3-orta, 4-yaxşı, 5-çox yüksək)
  15. Rusların sizinlə dostluq münasibətlərini aşağıdakı şkalada uyğun balla qiymətləndirin. (1-çox aşağı, 2-zəif, 3-orta, 4-yaxşı, 5-çox yüksək)
  16. Rusların sizinlə əmək münasibətlərini aşağıdakı şkalada uyğun balla qiymətləndirin.
  17. Ruslar sizinlə hansı dildə daha çox danışır?

 

 Ərazidə yaşayan ruslar uzun müddətdir burda məskunlaşdığı üçün Azərbaycanlılarla olan qarşılıqlı münasibətləri çox yaxşıdı,adaptasiya prosesi tamamlanıb və yerli əhali də onlara alışıb.Bu səbəbdən də sorğunun cavablarının əksəriyyəti müsbətdir.

 

 Tədqiqat zamanı bizi maraqlandıran əsas məsələlərdən biri artıq müəyyən müddətdir Azərbaycanda yaşayan rusların yenidən Rusiyaya qayıtmaq istəyib istəməməsini öyrənmək idi.

 

 “Yox, fikirləşmirəm. Əvvəllər Rusiyaya tətilə gedəndə ürəyim tez sıxılırdı.Geri evimə qayıtmaq istəyirdim.Mənə deyirlər buranın suyun içmisən başqa yerdə qala bilməzsən.”

                                                                          73 yaşlı qadın respondent

“Rusiyaya getmək istəyirəm, lakin qohumlarımı görmək üçün. Orada yaşamaq üçün getmək istəmirəm”

                                 15 yaşlı qadın respondent

 

Cavablardan məlum oldu ki respondentlər artıq Azərbaycanı tərk etmək istəmir və burda yaşamağa üstünlük  verirlər. Əsas səbəbləri isə burda evlərinin, ailələrinin və qohumlarının olmasıdır.

 

Respondentlərin Azərbaycana miqrasiya edəndə hansı çətinliklərlə üzləşməsi və onların öhdəsindən gəlməyə kimin - öz həmvətənlilərininmi yoxsa Azərbaycanlılarınmı daha çox dəstək olduğunu öyrənməyə çalışdıq. Sorğunun nəticələrindən belə məlum oldu ki miqrantalara əsas dəstək yerli əhali tərəfindən göstərilib.

 

“Biz bura gələndə anamın Azərbaycanlı rəfiqəsi bizə kömək elədi, evində yer verdi.”                                                                      

                                                                           20 yaşlı qadın respondent

 

Sorğu iştirakçıların əksəriyyətinin qarşılaşdığı əsas problem dil məsələsi olub. Azərbaycan dilini öyrənmək üçün televiziya və ətraflarında yaşayanların köməyindən istifadə ediblər.

 

 Kollektivçilik münasibətlərini öyrənmək məqsədilə dini və milli bayramların  birlikdə qeyd edilməsi səviyyəsini ölçməyə çalışdıq. Novruz və Ramazan kimi bayramlar birlikdə qeyd edilir.

 

“Rus olduğunuz üçün burada ayrı-seçkiliklə və ya xoşagəlməz rəftarla üzləşmisinizmi?” sualına respondetlər “xeyr” cavabını verib.

 

Dövlət səviyyəsində tolerantlığı necə qiymətləndirirsiniz?” sualına keyfiyyət sorğusunda iştirak edən iştirakçılar dövlətin onlar üçün hər sahədə yaratdığı şəraitdən olduqca məmnundurlar cavabını verdilər.

 

Tədqiqatın ikinci hissəsi.

 

Ləzgilərin (180,3 min nəfər, 2009) əksəriyyəti respublikanın Qusar rayonunda yaşayır. Mütəxəssislərin fikrincə, ləzgilərin əcdadlarından biri qədim alban tayfası olmuş leqlərdir. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. Ənənəvi məşğuliyyətləri əkinçilik, maldarlıq və sənətkarlıqdır (toxuculuq, xüsusilə xalçaçılıq, qalayçılıq, keçəçilik və s.). Azərbaycan əhalisinin 2 faizini ləzgilər təşkil edir. Onlar Azərbaycanın şimal bölgələri ilə yanaşı Aran iqtisadi rayonunda yaşayırlar. Göyçay rayonunda ləzgi məhəlləsi adlanan bir ərazi var ki burada ləzgilər azərbaycanlılarla birgə kompakt yaşayırlar. Onlar arasında qarşılıqlı əlaqənin hansı səviyyədə olduğunu öyrənmək üçün kəmiyyət sorğusuna 50, keyfiyyət sorğusuna isə 5 ləzgi cəlb edildi. Kəmiyyət sorğusunun nəticələrini sizə təqdim edirik.

 

Ərazidə yaşayan ləzgilər uzun müddətdir burda məskunlaşdığı üçün Azərbaycanlılarla olan qarşılıqlı münasibətləri çox yaxşıdı, adaptasiya prosesi tamamlanıb və yerli əhali də onlara alışıb.Bu səbəbdən də sorğunun cavablarının əksəriyyəti müsbətdir.

 

Tədqiqat zamanı bizi maraqlandıran əsas məsələlərdən biri respondentlərin Dağıstana qayıtmaq istəyinin olub olmaması idi.

 

Yox, qayıtmaq istəmirəm. Qohumlarım ailəmi dəfələrlə Dağıstana dəvət edib mən isə ora köçməkdən imtina etmişəm. Hətta həyat yoldaşıma bildirmişəm sən getmək istəyirsənsə get, mən isə Azərbaycanda qalacam.”

                                                                                          86 yaşlı qadın respondent

“Vərdişlərinizin hansınısa  dəyişmisinizmi?” sualına respondentlərin hamısı “vərdişlərimiz azərbaycanlıların vərdişləri ilə üst üstə düşdüyü üçün dəyişməyə ehtiyacımız olmayıb” fikrini bildiriblər.

 

Ləzgilərin adət-ənənələri və milli bayramlarına aid olan suala respondent bele cavab verir; “Ləzgilərə xass milli bayramlarımız yoxdur. Adətlərdən biri toy günü Əsadayi bişirib cehiz veririk. Əsadayi-ləzgilərə məxsus halvadır. Bizdə toy evində vağzalı əvəzinə pərizadə oxunur. Novruz adətlərinə görə ləzgilər papaq atmazlar.”

                                                         86    yaşlı  qadın respondent

Respondentlər dövlət səviyyəsində tolerantlığı olduqca yüksək qiymətləndirirlər. Dövlətin onlar üçün yaratdığı hər bir şəraitdən məmnundurlar.

Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Azərbaycan dövləti çalışır ki, ölkəmizdə yaşayan milli azlıqlar öz ənənələrini yaşatsınlar və Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan bu xalqların mədəniyyətləri qorunaraq nəsildən-nəsilə ötürülsün.

 

QEYD: Bu araşdırmada respondentlərin seçilməsi qeyri-təsadüfi seçmə yolu ilə seçilib və onların sayı azdır. Buna görə də bu tədqiqat reprezentativ deyil!

 

 ƏDƏBİYYAT

 

      1.Aynurə Babayeva və Sevda Cavadovanın Azərbaycan xalqının tərkibində milli azlıqlar  adlı tədqiqatı;

 

  1. İsmayılov G. Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz. Bakı, “Nurlan” NPM, 2014, 240 s

 

  1. Mirzəbəyli İ.Azərbaycan həmişə regionun dini və milli baxımdan ən tolerant ölkəsi olub. “Xalq qəzeti”, 2016, 19 fevral

      4. http://multiculturalism.preslib.az/az_a5.html Mədəni müxtəliflik Prezident kitabxanası.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı