"Bu, Azərbaycan üçün də problemlər yarada bilər"

09:59 18-04-2018 | icon 762 | Gündəm
"Bu, Azərbaycan üçün də problemlər yarada bilər"

İranda güclü mövsümi küləklərin Urmiya gölünün səthindən yarada biləcəyi duz qasırğası təhlükəsi yalnız bu ölkə üçün deyil, Azərbaycanın bir çox ərazilərinə və orada yaşayan insanlara da mənfi təsir göstərə bilər.

 

Versus.az-ın məlumatına görə, Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib ki, Urmiya gölünün getdikcə sahəsi azalır. Onun sözlərinə görə, belə davam edərsə, Aralda olduğu kimi, Urmiya gölündə də duz qasırğaları baş verə bilər:

 

"Urmiya gölündə yarana biləcək qasırğanı Aral gölündəki qasırğa ilə müqayisə etmək olar. "Ölən göl" də adlandırılan Aral gölünün sahəsi 1970-ci ilə qədər 66 min kvadrat kilometr idi, indi onun sahəsi 40 min kvadrat kilometrdən də azdır. Əgər belə davam edərsə, Aralda olduğu kimi, Urmiya gölünün quruması nəticəsində duz qasırğaları baş verə bilər".

 

Direktor müavini bildirib ki, gölün qurumasının müxtəlif səbəbləri var. Bu səbəblərin ən əsası gölün su mənbələrindən, yəni çaylardan suvarma məqsədilə həddindən artıq çox istifadə edilməsi, gölün ətrafındakı ərazilərdə çoxlu sayda artezian quyularının qazılması və bunun nəticəsində yeraltı suların gölə gəlməsinin qarşısının alınmasıdır.

 

M.Həsənov qeyd edib ki, Urmiya gölündə baş verə biləcək duz qasırğaları yalnız İrana deyil, Türkiyənin şərq hissələrinə, Azərbaycanın Naxçıvan bölgəsinə, Zəngilana, Qubadlıya, Füzuliyə, İmişliyə, Beyləqana mənfi təsir göstərə bilər:

 

"Azərbaycana cənub və cənub-qərbdən hava kütlələri məhz o istiqamətdən gəlir. Buna görə də duz qasırğalarının təsirinin Azərbaycanda hiss edilməsi ehtimalı böyükdür".

 

M.Həsənov duz qasırğalarının həm ekoloji mühitə, həm də insan səhhətinə mənfi təsir göstərdiyini bildirib:

 

"Duz qasırğası zamanı insan duz qarışığı olan hava ilə nəfəs alır. Bu isə insanın nəfəs yollarına mənfi təsir göstərir. Göldəki duz küləklə yayıldığından yağış yağdıqda torpağa da duzlu su gedir. Bu da əkin sahələrinə, bitki örtüyünə pis təsir edir".

 

Qeyd edək ki, güclü mövsümi küləklər İranda qurumaqda olan Urmiya gölünün səthindən duz qasırğası baş verməsi təhlükəsini yaradıb. Duz qasırğasının gölün 500 kilometr radiusunda yaşayan 76 milyon sakinə təsir edə biləcəyi açıqlanır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol