“Ferrari Roma”: yeni quruluş ilə tarixi dizaynın kəsişməsində - FOTO

15:04 18-11-2019 | icon 337 | Maraqlı
“Ferrari Roma”: yeni quruluş ilə tarixi dizaynın kəsişməsində - FOTO

“Ferrari” çoxdan “Portofino” kabrioletindən üstü örtülü kupe düzəltmək fikrinə düşüb. İtaliyalılar bu məsələyə milli kreativlik və fantaziya baxımından yanaşıblar.

 

Versus.Az Oxu.Az-a istinadən xəbər verir ki, “Roma” adlı yeni model İtaliyanın paytaxtına və “Ferrari”nin zəngin tarixinə həsr olunub.

 

“Roma”nın zahiri görünüşünü həm gələcəyə addım, həm də tarixə hörmət kimi qələmə vermək olar. Şirkətdən bildirirlər ki, yeni modelin görünüşünə ötən əsrin ən yadda qalan modelləri, xüsusi ilə də “250 GT”, təsir göstərib. İlk növbədə futuristik radiator reşotkasını və ekstravaqant dal faralarını qeyd etmək olar.

 

Kupenin salonunda da yeniliklər var. Belə ki, ilk dəfə olaraq sürücü və sərnişin yerləri bir-birindən tamamilə ayrı görünür – kreslolar sanki  iki yanaşı kapsüllərdədir. Arakəsmənin başında isə 8,4 düymlük vertikal monitor yerləşdirilib.

 

Bundan əlavə sərnişinin öz “cihaz paneli” var: burada o kreslo və pəncərəni idarə etmək, və ya istədiyi mahnını seçmək imkanı əldə edib. Arxa sərnişin yerləri çox kiçik ölçülü quraşdırılıb: istehsalçı kupelər üçün adi olan “2+2” formulundan imtina edib, modelini “2+” adlandırıb.

 

“Roma”nın qabaqda yerləşən mühərriki “Portofino” ilə eynidir və onu gücdə bir qədər üstələyir: “3,9 litrlik V8 Turbo” 600 at gücü əvəzinə 620 at gücünə malikdir. Buna görə “Roma” əcdadından bir az daha sürətlidir. O 100 km/s sürətini 3,4 saniyəyə yığır, maksimal sürəti isə 320 km/s-dır.

 

Sürət qutusunda da müəyyən dəyişikliklər var: 7 pilləli avtomat qutu əvəzinə yeni model 8 pilləli diapazonlu qutu əldə edib.

 

“Roma” gələn ilin yazında satışa çıxarılacaq. Onun təxmini qiyməti 200 min avro (376 min manat) civarında olacaq.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür