Məktəblilər üçün Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib

18:03 18-11-2019 | icon 409 | Təhsil
Məktəblilər üçün Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib

Binəqədi rayonu 283 №-li tam orta məktəbdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin dəstəyi ilə “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə” adlı tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbirdə çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, millət vəkili Qənirə Paşayeva XX əsrin 80-ci illərin sonunda Azərbaycan xalqının milli-siyasi oyanışı, siyasi proseslərdə fəal iştirakının 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata milli azadlıq hərəkatına çevrilməsindən, Vətənimizin qazandığı istiqlaliyyət yolundan danışaraq şagirdlərə vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində öz tövsiyələrini bildirərək geniş və məzmunlu çıxışlar ediblər.

 

Qənirə Paşayeva tədbirdə geniş çıxış edərək şagirdlərin maraqlı proqram əsasında tərtib olunmuş çıxışlarına uşaqları, bu işdə onlara dəstək olan müəllimləri və tədbirin təşkilatçıları olan 283 nömrəli məktəbin rəhbərliyi və kollektivini, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-ni təbrik edib. Millət vəkili orta məktəbdə belə bir maraqlı proqramın gerçəkləşdirilməsindən məmnunluğunu ifadə edib.

 

Gəncləri oxumağa, öyrənməyə, savadlı olmağa, fundamental fənlərlə yanaşı, tarixi dərindən öyrənməyə, vətənpərvər olmağa, zərərli vərdişlərdən uzaq olmağa çağıran xanım millət vəkili orta məktəbin ən əsas vəzifəsinin vətəndaş yetişdirmək olduğunu deyib. Bildirib ki, şagirdlərin bütün əldə etdikləri onların geniş dünyagörüşünə yiyələnmələri, başqa ölkələrdən olan həmyaşıdları ilə qarşılaşdıqda, gələcəkdə önəmli mövqelərə çıxdıqda hazırlıqlı olmağa hesablanıb.

 

Bu deyilənləri şüurlu və peşəkar vətəndaşlıq təliminin orta məktəbdən formalaşan addımları kimi xarakterizə edən Q.Paşayeva özünəməxsus nəticələri olan 283 saylı məktəbin gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə etdi. Millət vəkili məktəbdə tariximizin öyrənilməsi istiqamətində həyata keçirilən işlərin önəmini xüsusi vurğulayıb.

 

Sonra 100 nəfərə yaxın təhsildə fərqlənən şagirdlərin hər birinə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin kitablar hədiyyəsi və məktəbli üçün gərəkli bir sıra hədiyyələri təqdim olunub.

 

Kitabın ən dəyərli hədiyyə olduğu vurğulanıb və şagirdlərdə mütaliə bacarığının formalaşdırılmasında mütaliənin rolu xüsusi qeyd edilərək uşaqlara tariximizə aid hədiyyə edilmiş kitabları dərindən oxumaq çağırışı edilib.

 

Tədbirin sonunda Qənirə Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova müəllimlərlə də geniş söhbət ediblər.

 

Qeyd edək ki, tədbirdə iştirak edən Hacı Nuran, fəal qadınlarımız Pərvanə Mustafayeva və Ramilə Şirinova da uşaqları təbrik ediblər.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”