“Əli Kərimli ilə İsa Qəmbər bir arada oturub neynədilər ki, indi də Əli Kərimli ilə Arif Hacılı oturub nəsə etsinlər?” - MÜSAHİBƏ

09:29 19-11-2019 | icon 444 | Siyasət
“Əli Kərimli ilə İsa Qəmbər bir arada oturub neynədilər ki, indi də Əli Kərimli ilə Arif Hacılı oturub nəsə etsinlər?” - MÜSAHİBƏ

İqbal Ağazadə: “Mən predmetli danışığın tərəfdarıyam, mənim onlarla müzakirə edəcək bir sözüm yoxdur”

 

Ümid Partiyasının sədri İqbal Ağazadə “Üç Nöqtə”-yə müsahibə verib.

Versus.Az həmin müsahibəni təqdim edir.

 

 

- İqbal bəy, 17 noyabr “Milli dirçəliş günü”Azərbaycan cəmiyyətinə nə verdi və bu tarix hansı aspektdə dəyərləndirilə bilər?

 

- 1988-ci il proseslərində 17 noyabrın tarixi rolunu tez-tez eşidirik və hətta onu bu gün “Milli dirçəliş günü” kimi qeyd edirik. Gəlin görək, 17 noyabr doğurdanmı Milli dirçəliş günü idi? Mənim bu məsələlərdə baxış bucağım bir qədər fərqlidir. Azərbaycan tarixində 1988-ci ilin 17 noyabrından başlayan prosesə hələ o qədər kütləvi insan qoşulmamışdı. Bəlkə də o qədər insanın eyni şüarı qışqırması, eyni mövqeyi sərgiləməsi, mahiyyət etibarilə Azərbaycan, Azərbaycan insanı üçün də yeni olduğuna görə doğurdan da onu Milli Dirçəliş Günü adlandırmaq olar. Lakin prosesin mahiyyətinə dərindən baxanda o gün bizim üçün həm də, yaxşı olmayan və tarixi nöqteyi-nəzərdən təhlil edəndə ən ağır, bağışlanılmaz səhvlərlə yadda qalan bir tarix idi.

17 noyabr dirçəliş gününün başlama səbəbi nə idi?

Bu gün tarixçilərin də təqdim etdiyi kimi, onun içərisində yaşayan insanların da gördüyü və eşitdiyi kimi “Topxana” meşəsi ətrafında Ermənistan Aliminium zavodunun işçiləri üçün pansionatın tikilməsi ilə bağlı ağaclar qırılırdı və qeyri-qanuni tikili həyata keçirilirdi. Proseslərə ardıcıl diqqət edəndə bir “Topxana”da ağacların kəsilməsi ilə bağlı birdən-birə minlərlə, milyonlarla insan meydanlara axışdı və hər kəs mövqeyini bildirməyə çalışdı.  Amma məsələnin əsl mahiyyəti bu deyildi. “Topxana” bizi hədəflərdən yayındırmaq və doğru olan prosesləri görməməyimiz üçün Mərkəzi Hakimiyyətin ermənipərərst qüvvələrinin qarşımıza atdığı bir “yem” idi.  Xatırladıram, 1988-ci il noyabr ayının 22-dən noyabr ayının 29-a qədər Ermənistan SSRİ-dən 160 min azərbaycanlı rəsmi şəkildə qovulub. Ən son azərbaycanlının ordan çıxması, Nüvədi kəndi istisna olmaqla, zəlzələyə-dekabr ayının 7-ə qədər sonuclanıb. Ən son azərbaycanlının çıxma statistikası dekabr ayının 3-də olub. Məsələyə indidən baxanda mənzərə çox aydın görünür.  Əslində hədəf olaraq bizim başımızı “Topxana” ətrafında Aliminium zavodunun işçiləri üçün pansionatın tikintisinə qarışdırdılar, meydanda “Bez Qarabağ, bez Şuşi, Azərbaycan bez duşi!”, “Bakı gözəl şəhərdir, ermənilər olmasın”- qışqıra-qışqıra Ermənistan-Azərbaycan münaqişəsinin birinci mərhələsini faktik olaraq uduzduq.  Birinci mərhələ nə idi, Azərbaycansız, Azərbaycan türkü olmadan mövcud olan Ermənistan respublikası... Eyni halda müharibə Azərbaycanın içərisində aparıldığı kimi, növbəti mərhələdə Ermənistanın içərisində aparıla bilərdi. Amma bizim meydandakı proses nəticə etibarilə Topxanaya başı qarışmış xalqın 160 minin ordan didərgin düşməsinə ikinci dərəcəli məsələ kimi yanaşması və prosesin Ermənistanın xeyrinə sonunclanması ilə nəticələndi.

 

Noyabr ayının 23-də tanklar meydana girdi, meydanı mühasirəyə aldı, 5 gündən sonra, ona müdaxilə etmədilər proses davam etdi. Bilərəkdən o meydanı dağıtmadılar ki, bizim nəzər-diqqətimiz yayınmasın. Nəticədə ayın 4-dən 5-ə keçən gecə artıq köçürülmə prosesi bitmişdi, meydanı rahatca dağıtdılar, fövqaladə vəziyyət elən elədilər.

 

- Səhvlərimiz nə idi?

 

- Səhfimiz baş verən hadisələrin düzgün təhlil olunmaması və düzgün nəticə çıxarmamağımız idi. Biz Ermənistandan azərbaycanlıların qovulmasının qarşısını ala bilən mövqe, siyasi kurs xalqın etirazını təşkil edə bilsəydik, Ermənistandan azərbaycanlılar qovulmasaydı, bu gün qərbi azərbaycanlılar öz yurd-yuvasında yaşasaydı, kimsə Azərbaycanın nə bir qarış torpağını işğal edə bilməzdi, o cümlədən Cənubi Qafqazdakı yerimiz və rolumuz, o cümlədən Ermənistanın iqtisadi-siyasi həyatına təsir imkanlarımız fərqli şəkildə olardı. Heç kim bizim içərimizə müharibəni keçirdə bilməzdi.

 

Onlar üçün 2-ci mərhələ Laçın karidorunun açılması ilə nəticələndi.  O karidorun açılması onlar üçün 56 kənddən, 2 şəhər subyektindən, Xocalıdan, Şuşadan azərbaycanlıların qovulması, o cümlədən Laçın koridorunun açılması idi. 3-cü mərhələ isə artıq azərbayacanlılar yaşamayan, müstəqilliyini elan etmiş və Ermənistanla karidoru olan Dağlıq Qarabağın müdafiəsi üçün bufer zonanı təşkil etmək idi. Bunu da 3-cü mərhələdə yekunlaşdırdılar. Ermənisatan üçün Dağlıq Qarabağ məsələsi və Ermənistan Azərbaycan münaqişəsi qələbə ilə sonuclandı.

 

- İqbal bəy dediniz ki, səhfimiz hadisələri doğru görməməyimiz və düzgün nəticə çıxarmamağımız idi. Bir çox hallarda bildirirlər ki, biz o güclü siyasətin qarşısında aciz idik və bu proseslər elə belə də olmalıydı. Başqa çıxış yolumuz yox idi.

 

- Heç vaxt belə olmalı deyildi, olmamalıydı. Mən edə bilmədik deyirəm, cəm halında. Mənim, təbii ki, o dönəmdə səlahiyyətim, orda gedən proseslərə müdaxilə imkanım yox idi. Mən “bilmədik” deyəndə, bütövlükdə Azərbaycan xalqını və onun siyasi institutlarını və siyasətdə olanlarını,  vətəndaş liderlərini nəzərdə tuturam. Hakimiyyət sözsüz Rusiyanın tapşırıqlarını yerinə yetirən tərəf idi. Hakimiyyəti bir kənara qoyaq, müxalifət adına iddia edən xalqı toparlamağa çalışan ziyalılar və digəriləri çox təəssüflər olsun ki, ya bu prosesi görmədilər, ya da fikir vermədilər.

 

- Siz müxalifətin də səriştəsizliyini qeyd etdiniz. Tarixin bu gedişindən bu günki siyasilər bir nəticə çıxartdımı?

 

- Hələlik çıxara bilməmişik. Hələlik də nəticələr yoxdur. Çünki siyasətçilərin mütləq əksəriyyəti 88-92-ci il proseslərinin varisləridir.  Onlar özlərinin ziyanına olan tarixin daha obyektiv araşdırılmasına və ona qiymət verilməsində o qədər də maraqlı deyil. Əgər siyasətçi o dövrdən 10 il sonranı görmürsə, 5 il sonaranı görmürsə, lütfən siyasətlə məşğul olmasınlar. Çünki siyasətlə məşğul olmaq, millətin taleyi, millətin qədəri ilə oynamaqdır. Həkim fərdi qaydada nə qədər məsuliyyət daşıyıb, xəstənin həyatı üçün təhlükə törədirsə, siyasətçilərin də yanlış qərarı cəmiyyəti problemlərlə üzləşdirir. Bu qədər  problemlərimizin olmasının tək səbəbi budur. 

 

“O adamlar yaxşı siyasətçi deyilər və Azərbaycanın gələcəyi üçün heç nə verə bilməyəcəklər”

 

- Çox vaxt da  əsas problemi siyasi müxalifətdə görürlər. Siz dediniz ki, araşdırmaq istəmirlər, öz səhvlərini görmək istəmirlər. Niyə, səbəb nədir, nədən çəkinirlər?

 

- Siyasi səhnədən getmək istəmirlər. Mən Azərbaycanda barış, dialoq tərəfdarı olan bir siyasətçiyəm. Ona görə də insanları əzmək, insanları ön yarğı ilə ləkələmək, üzərinə getmək istəmirəm. Sadəcə bildiyim, qorxmadan, çəkinmədən dediyim bir şey var. O adamların apardığı siyasət Azərbaycanın maraqlarını ifadə edə bilməyib, ya zəlzələdən...ya vəlvələdən... İndi də edə bilmir. Mənim haqqım var deyəm ki, o adamlar yaxşı siyasətçi deyilər və Azərbaycanın gələcəyi üçün heç nə verə bilməyəcəklər.

 

- İqbal bəy, dirçəliş günümüzdə erməni jurnalistlər Azərbaycana gəldi. Hazırkı dönəmdə ermənilərin Azərbaycana gəlməsi həll prosesinə nə verəcək?

 

- Kimin gəlib-getməyi ona görə bizə problem olub ki, torpaqlarımız işğaldan azad olunmayıb. Torpaqlar işğaladan azad olunmalıdır, bu məsələnin birinci tərəfi. Amma bu gün hakimiyyət ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparır, prosesin Minsk qrupu çərçivəsində sülh yolu ilə həll olunması istiqamətində çeşidli variantlar ortaya qoyurlar. Onun müqabilində də ermənilərin bura gəlməyi, bizim ora getməyimiz cəmiyyət üçün heç nəyi dəyişmir. Etimad mühitinin yaradılmasına gəlincə, mövqeyimi açıq demişəm. Bizim yaradacağımız etimad mühitini Rusiya bir saatın içində ləğv edər. 10 şəhid ora, 5 şəhid bura gəlsə, proses bitər. Bu yalançı bir şeylərdir. Amma hər halda buna ümid edirlərsə, biz də dünyadan təcrid olunmuş şəkildə yaşamırıqsa, Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunun çərçivəsində fəaliyyətimizi davam etdiririksə, beynəlxalq birliklərlə əlaqədəyiksə, 5 erməninin bura gəlməsinə etiraz etməyə heç bir lüzum yoxdur. Sənin gücün çatır, get torpağını al. Burda niyə qışqırırsan ki, 5 jurnalist gəlsin, gəlməsin. Əksinə, açıq olmaq lazımdır dünyaya. Siyasətçisi, mədəniyyət xadimi, bütün tərəf müqabiləri oturub nəhayətdə o erməniyə başa salmalıdır ki, gedin Ermənistanda da deyin ki, biz o zamana qədər sizinlə düşmənik ki, torpağımızdasız.  Torpağımızdan çıxacaqsınız, yaxın qonşuluq siyasəti çərçivəsində biz münasibətlərimizi davam edəcəyik. Bakıda erməni jurnalistin üstünə qışqırmağa nə var. Kim onu lotuluq hesab edir, kim onu qoçuluq hesab edir? Kim bunu qəhrəmanlıq hesab edir. Və yaxud  kimlərsə söz hakim olduğu yerdə nədənsə gücü işi salmaq istəyir, güc hakim olan yerdə də büzüşür, söznən danşır. Sən get torpağını işğaldan azad elə, bitir sonra kimlə nə istəyirsən danış.

Və yaxid Paşinayanın nə deməsinin heç bir əhəmiyyəti yoxdur. Əsas o torpağı sənin alıb almamağındır. İkinci, erməni jurnalisti bura gələndə problem olaraq nə dəyişir ki, erməni gəlib torpağın bir qismini də torbasına doldurub aparır?

 

 

- İqbal bəy, 30 ildir bu erməniyə deyilmir ki, bu torpaq sənin deyil.

 

- Onu elə demirlər, “şapalağı qulağının dibindən vururlar”, çıxarırlar torpağından, deyirlər ki, bura mənimdir. Sən adam kimi başa düşmədin. Yenə  deyirəm, Bakıya gələn erməni ilə Dağlıq Qarabağın işğalını əlaqələndirməyə ehtiyac yoxdur. Əksinə, ermənilər bundan bizə qarşı istifadə edirlər. Biz 1988-ci ilin siyasətsizliyindən danışdıq. O yerdə ki, gerçək siyasət qoymaq lazım idi, onu edə bilməyənlər, burda qəhrənamlıqdan danışırlar.

 

- Jurnalistimiz Qarabağla bağlı Paşinyana sual verir, o da deyir ki, “Qarabağ sizindirsə, niyə danışıqlar aparaırsınız?”.  Buna fikriniz nə olacaq.

 

- Paşinyan qələt edir, başını da daşa döyür. Bu gün Ermənistan hakimiyyətində Paşinyandır, sabah bir başqası ola bilər. Amma hər kəs əmin olsun, Ermənistanda da əhali, Qarabağda qeyri-qanuni məskunlaşan erməni, Azərbaycan dövlətinə tabe olmayan hər kəs sərhəddən dərhal kənara atılacaq. Azərbaycanın suverenlik, müstəqillik hüququ hər bir qarış torpağnda bərqərar olacaq. Amma bizim qazanacağımız gün uzaqda deyil. Onda Paşinyan olmur kim olur-olsun, qarşımızada Allah dayansa belə, Ermənistan- Azərbaycan münaqişəsində bir qarış torpağımızdan da keçməyəcəyik. Bunu hər kəs bilsin.  Bütün Azərbaycan sərhəddi boyu Azərbaycan bayrağı dalğalanacaq. Son azərbaycanlı ölənə qədər. Bəzən deyirlər ki, müharibə itkidir, bəzən deyirlər ki, dövlət insan üçündür. Biz bəyəm,  sovet dönəmində insan deyildik, adamlıqdan çıxmışdıq?! Niyə onda müstəqillik yaratmaq üçün ayağa qalxırdıq. Demək, insanın həm də bir dövlətinə ehtiyacı var. Demək ki, dövlət müstəqil olmalıdır, ayaqda olmalıdır ki, o insanına xidmət eləsin. Vyetnam müharibəsində Amerikaya qarşı vuruşan vyetnam xalqı 5 milyon itki verdi, amma Amerikanı dövlətindən çıxardı. Bizim heç böyük itkimiz də olmayacaq, torpaqlarımızı azad edəcəyik. Amma mən “itki verəcəm, mən oləcəm deyə, insan amili hər şeydən üstündür”, deyə kim bu dövlətin qabağında duracaqsa cavab verəcək. Azərbaycan Konstitusiyası az qala 47 maddəsi ilə Azərabaycan vətəndaşına hüquq və azadlıqlar verir. İndiki şəraitdə hakimiyyət onu necə ödəyir bu ayrı məslədir. Sənin üzərinə də 10-11 maddə ilə vəzifə qoyulub, canın çıxacaq o vəzifəni də yerinə yetirməyə məcbursan. İstədin, istəmədin, 50 maddə ilə bu dövlətin hər şeyindən istifadə edənlər 11 maddə ilə gedib bu dövlətin hər qarışını qorumağa, lazım gələrsə, ölməyə hazır olmalıdır. Dövlət budur, vətən budur, bütövlük budur. Azərbaycan belə qurulmalıdır, başqa cür qurulmayacaq. Ona görə də Paşinyan nə dedi, nə demədi fərq etməz. Bu gün o deyəcək. Çünki torpağımız işğalda və biz hələ də onu almırıq.

 

“Müxalifət səsini bir az içinə salsın ki, demokratik cəmiyyət uğrunda mübarizə “apardığını iddia edən birisi...”

 

- Bu günlər gündəmi Almaniyadan müsavatçılarla bağlı gələn xəbərlər, Müsavat Partiyasının insanlardan kifayət qədər vəsaitin müqabilində saxta sənədlər hazırlayaraq mühacirətə göndərməsi məsələsi zəbt edib. Bu olayın da məhz dirçəliş günü ərəfəsinə təsadüf etməsi də birmənalı qarşılanmır. AXC və Müsavatın keçirdiyi aksiyalar və bu partiyaların bir araya gəlməsi və keçirilən dəyirmi masa və sair ardıcıllığa baxanda baş verənlər müxalifətə nə verir?

 

- Mən istintaq getdiyi üçün və həbs olanlar olduğu üçün, daha dərinə gedib kimisə ittiham etmək niyyətində deyiləm. Burda həm hüquqi məsuliyyət var, həm də mənəvi məsuliyyət. Necə aydınlaşacaq, bunu zaman göstərəcək. Tələsib mövqe bildirmirəm. Bu yaxşı hal deyil. Onu edən müxalifət səsini bir az içinə salsın ki, demokratik cəmiyyət uğrunda mübarizə apardığını iddia edən birisi saxta arayış, saxta möhür verir, insanlaardan pul alır, insan alveri ilə məşğul olur. Ona görə də hələlik gözləyirəm. Dəyirmi masaya gəlincə, isə, niyə dəyirmi masa Azərbaycan siyasətində olan insanlarımızı bu qədər düşündürür, bu mənim üçün maraqlıdır. Axı biz ondan da böyük birliklər görmüşük, ondan da böyük təşkilatlar olub. İndi düşüncələri, baxışları yaxın olan adamlar oturub bir arada nəsə müzakirə edir. Dedilər ki, ilk dəfə idi Arif Hacılı ilə Əli Kərimli bir arada otururdu. Dedim, Əli Kərimli ilə İsa Qəmbər bir arada oturub neynədilər ki, indi də Əli Kərimli ilə Arif Hacılı oturub nəsə etsinlər? Hər halda İsa bu gün də Müsavatın Prezidentliyə namizədir. Arif Hacılı başda oturmağına baxama. Demək, o, Arif Hacılıdan bir baş yuxaridı. İsa ilə Əli bir yerdə olanda bir şey verə bilmədilərsə, Əli ilə Arif bir yerdə olanda nə verəcəklər? Heç nə.

 

- Belə qeyd olunur ki, ora keçmiş nazir Əli İnsanov da qatılıb ondan da çox gözləntilər var.

 

- Boş-boş şeylərdir. O dəyirmi masanın özü qeyri-ciddi idi.

 

- Ora dəvət olunmamışdınız deyə, belə deyirsiz İqbal bəy? Ora getsəydiniz belə danışmazdız.

 

- Mən ömründə ora getməzdim. Fəzail Ağamalı da dəvət edəndə, demişdim ki, mən ora getmərəm. Mən predmetli danışığın tərəfdarıyam. Mənim onlarla müzakirə edəcək bir sözüm yoxdur.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin