Külək və yağış XƏBƏRDARLIĞI

14:55 19-11-2019 | icon 200 | Gündəm
Külək və yağış XƏBƏRDARLIĞI

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Versus.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

 

Azərbaycanın qərb rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 20-22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əvəz Zeynallının projesi və alça turşusu

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR

“Qalatasaray” yenə uduzdu

Qərbi Azərbaycanlı qaçqınların işi Avropa Məhkəməsinə göndəriləcək

Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

Mehriban Əliyeva koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə GÖTÜRDÜ

Prezident yenidən qurulan yarımstansiyasının açılışında - FOTO

Müəllim olmaq arzusunda olanların NƏZƏRİNƏ

Azərbaycan mətbuatı – 145

İmtahana hazırlaşan abituriyentlərə MÜRACİƏT

"DİN-in əməliyyatı özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir"

Xədicə İsmayıldan koronavirusa yoluxma xəbərinə sərt REAKSİYA

Yüz illər öncə tikilmiş hamam zibilliyə çevrilib - FOTO

Karantin postları yenidən QURULDU

Xalq artistinin oğlu vəfat etdi