Deputat “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” II Forumunda gənc qadınlara çağırış edib

15:24 19-11-2019 | icon 429 | Cəmiyyət
Deputat “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” II Forumunda gənc qadınlara çağırış edib

 

Qənirə Paşayeva: "Gənc qadınlar özlərini qorxuzmadan qarşıya qoyduqları hədəfə doğru qətiyyətlə addımlamalıdırlar"

 

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” II Forumunda geniş məruzə ilə çıxış edib və qadınlara çağırış edib.

 

Versus.Az-ın məlumatına görə, çoxlu sayda gənc qızların qatıldığı tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, Azərbaycan dövlətinin prioritetləri sırasındadır və qadınların iş dünyasında, iqtisadiyyatda, biznesdə rolunun genişləndirilməsi istiqamətində ciddi addımlar atılır, önəmli layihələr həyata keçirilir.

Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatda və biznesdə rolunun artırılması istiqamətində görülən işlər və görülən işlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətlərini xüsusi vurğulayıb. Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini deyən millət vəkili bildirib ki, savadlı cəmiyyət savadlı anadan keçir.

 

Q.Paşayeva uğur qazanmanın yolları ilə bağlı və bu yolda adımlamaq üçün hansı məsələlərə xüsusi diqqət yetirilməsi ilə bağlı fəal qadınlarla öz fikirlərini bölüşüb. "Və ən əsası, gənc qadınlar özlərini qorxuzmadan, özlərinə inanaraq qarşıya qoyduqları hədəfə doğru qətiyyətlə addımlamalıdırlar”, - deyən millət vəkili uğur qazanmaq istəyən qadınlarımızı ilk öncə özünə güvənməyə, arzularına inanmağa səsləyib və bunu uğura gedən yolun açarı adlandırıb. 

 

Q.Paşayeva fəal qadınlar qarşısında uğur qazanmanın yolları ilə bağlı geniş məruzə ilə çıxış edib.

 

Ölkəmizdə bu gün qadınlara yaradılan imkanların daha da artdığını vurğulayan millət vəkili qadınlarımızı daha fəal olmağa səsləyib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib və daima yanınızdayıq deyib. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı