Partiya sədrindən səhiyyə nazirinə MESAJ

15:51 19-11-2019 | icon 459 | Siyasət
Partiya sədrindən səhiyyə nazirinə MESAJ

Hafiz Hacıyev: “Oqtay Şirəliyevin dincəlməsi məsləhətdir, gedib nəvələrilə oynasın”

 

 

"Kadr islahatlarının aparılması Konstitusiya görə Prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Yəni, bu məsələyə heç kim qarışa bilməz. Hər halda son zamanlar kadr islahatları sahəsində də ciddi addımlar atılıb. Düşünürəm ki, dövlət başçısının bu istiqamətdə verdiyi mesajlar digər yerində olmayan məmurlara da şamil ediləcək. Hər halda bu qənaətdəyəm ki, yaşı 70-dən yuxarı olan məmurların yaxın vaxtlarda istefaya göndərilməsi prosesi tamamilə yekunlaşmalıdır. Məlumatıma görə, Səhiyyə naziri Oqtay Şirəliyev istefaya getməklə bağlı ərizəsini verib. Onun dincəlməsi məsləhətdir. İmkanı, var-dövləti var. Gedib bir qədər də nəvələrilə oynasın”.

 

Versus.Az sfera.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında bu sözləri kadr islahatlarının davamının olub-olmayacağı, daha hansı yaşlı məmurların istefaya göndərilə biləcəyilə bağlı sualı cavablandırarkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib:

 

Partiya sədri parlamentin buraxılmasını da zəruri hesab etdi:

"Milli Məclisin vaxtından əvvəl buraxılması zəruridir və gözlənilir. Ölkə Prezidentinin iradəsinin qarşısında heç kim duruş gətirə bilməyəcək və islahatlar sona qədər davam edəcək. Sadəcə, bir qədər gözləməliyik". 

 

H. Hacıyevin fikrincə, baş nazirin yaşlı müavinləri də getməlidir:

"Yaşı keçmiş və getməli olan məmurlar sırasında baş nazirin müavinləri də var. İcra başçıları arasında da yaşlı və rüşvətə qurşanan insanlar var. Prezidentə hörmət edirlərsə, ərizələrini yazıb getsinlər. Bu hələ başlanğıcdır. Böyük kadr islahatları aparılmalıdır. Kimlər ki, vəzifədən ayrıla bilmir, evlərindəki otaqlarının birində iş stolu düzəldib, orada otursunlar, lazım olsa çay gətirmək üçün katibə də təyin etsinlər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı