Fasilələrlə ac qalmaq dieta sayılır? - Mənfi təsirləri

10:38 21-11-2019 | icon 296 | Sağlamlıq
Fasilələrlə ac qalmaq dieta sayılır? - Mənfi təsirləri

Müəyyən fasilələrlə ac qalmaq maddələr mübadiləsində problemlər və artıq çəki ilə nəticələnə bilər. 

 

Versus.Az xəbər verir ki, rusiyalı dietoloqlar belə qənaətə gəliblər.

 

İndiyə qədər bu üsul arıqlamaq, hətta bəzi xəstəliklərdən qorunmaq üçün effektiv və təhlükəsiz yol hesab olunurdu. Hazırda isə həkimlər əmindirlər ki, balanslaşdırılmamış qidalanma ciddi xəstəliklərlə nəticələnə bilər.

 

Dietoloqların sözlərinə görə, yemək orqanizmi enerji və qida maddələrilə təmin edir. Aclıq şəraitində isə əlverişsiz şəraitə uyğunlaşmaq üçün orqanizmdə müəyyən mexanizmlər işə düşür, bunun nəticəsində maddələr mübadiləsi zəifləyir, enerjiyə olan tələbat da azalır. Beləliklə, əvvəl balanslaşdırılmış sayılan yemək, fasilələrlə qidalanmadan sonra artıq çəkiyə çevrilir, bəzən isə ciddi xəstəliklərlə nəticələnir.

 

Dietoloqlar çox yeməməklə bərabər, eyni vaxtda və gündə azı üç dəfə qida qəbulunu tövsiyə edirlər. Bunun yanında yatmağa 1,5–2 saat qalmış qatıq və başqa ağartı məhsullarını içmək olar.

 

Tibb işçiləri xüsusilə uşaqların, yeniyetmələrin, hamilə qadınların, həmçinin yaşlıların və xroniki xəstəlikdən əziyyət çəkənlərin bəslənməsinə məsuliyyətli yanaşmağa çağırırlar. /Life.ru/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı