Bu antibiotiklər bağırsaq xərçənginə səbəb ola bilər

10:57 21-11-2019 | icon 470 | Sağlamlıq
Bu antibiotiklər bağırsaq xərçənginə səbəb ola bilər

Britaniyanın Con Hopkins Univeritstinin alimləri müntəzəm olaraq oral antibiotik həblərinin qəbulunun həzm orqanları, xüsusən yoğun bağırsaq xərçəngi riskini yaratdığını bildirib.

 
 
Versus.Az xəbər verir ki, 2010-cu ildən bu ilə kimi dünyada 70 milyard insan 10 dozada antibiotik qəbul edib.
Məlumdur ki, bu dərmanlar mədə-bağırsaq mikroflorasının balansını pozur.
 
 
Tədqiqatçılar Datalinkin 1989-2012-ci illəri əhatə edən, 11,3 milyon pasiyenti əhatə edən tibbi məlumat bazasını incələyib.
 
Onların arasından 28 min xərçəng xəstəsi barədə informasiya yığılıb. Bunlardan 19,7 min nəfəri kolorektal xərçəngdən, 9,2 min nəfəri düz bağırsaq xərçənginə tutulub. 
 
 
Yoğun bağırsaq xərçəngi xəstələrinin 70%, düz bağırsaq xərçəngi xəstələrinin 69%-i bir neçə müxtəlif sinifə aid antibiotiklər qəbul ediblər.
 
Xərçəng diaqnozu aşkarlanmazdan 10 il öncəyə kimi uzun müddət oral antibiotiklər qəbul edən insanlarla onkoloji xəstəliyin əlaqəli olduğu aşkarlanıb.
 
 
Yoğun bağırsaq xərçəngi aşkarlanan xəstələrə daha çox anaerob bakteriyalara qarşı antibiotiklər təyin olunub. Xərçəng xəstəliyi olmayan xəstələrə isə bu dərman çox az halda təyin edilib.
 
 
Hesablamalar və digər faktorlar (çəki, siqaret, içki, qidalanma) da nəzərə alındıqdan sonra alimlər yekdil nəticəyə gəlib ki, 16 gündən artıq qəbul etmək yoğun bağırsaq riskini çox yüksəldir. Lakin antibiotiklərin 60 gün qəbul edilməsi isə düz bağırsaq xərçəngini 15% azaldır. 
 
 
Yoğun bağırsaq xərçəngi daha çox ampisillin dərmanından qaynaqlana bilər. Düz bağırsaq xərçəngi isə tetratsiklinlə əlaqələndirilib.
 
Bu tədqiqat bir daha göstərdi ki, antibiotiklərdən sui-istifadə etmək olmaz və ciddi ehtiyac hallarında yazılmalıdır. /Medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu