Diqqət: Beyin qanamasına səbəb olur

11:06 21-11-2019 | icon 410 | Maraqlı
Diqqət: Beyin qanamasına səbəb olur

Alimlər şirniyyatlarda və içkilərdə istifadə olunan darçının həddindən artıq istehlak edilməsinin zərərləri barədə xəbərdarlıq edib.

 
 
Son zamanlar bazarda keyfiyyətsiz və ucuz darçın istifadə olunduğunu bildirən professor Dr.Erdem Yesilada qeyd edir ki, "Normalda," seylon "darçını əldə edilərkən qabığı çıxarılır və bundan sonra qurudulur".
 
 
Versus.Az xəbər verir ki, mütəxəssis tez-tez qəbul edilən darçın barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, seylon darçının qiyməti çox yüksəkdir. Bir qram seylon darçın üçün 0,1 milliqram kumarin var. Buna görə sağlamlıq üçün təhlükə yaratmır. Hər kəs, xüsusən də uşaqlar və yeniyetmələr asanlıqla desertlərinə və içkilərinə əlavə edə bilərlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, 70 kiloluq bir insanın ala biləcəyi kumarin miqdarı 7 milliqramdır. Buna görə də gündəlik istifadə etdiyimiz darçın məhsulları son dərəcə risklidir.
 
 
Kumarin qanı duruldur . Əgər darçını doğru dozada istifadə etsəniz, o zaman qanınızın durulması tarazlaşacaq. Ancaq çox miqdarda və yalnış istifadəsi qanla bərabər, beyin üçün də təhlükə yaradır. Belə ki, başınız xəfif dərəcədə də olsa bir yerə dəyərsə, beyin qanaması keçirmə riskiniz artır. Əgər siz kumarin və qan durulducu həbləri birgə istifadə edirsinizsə, bu sağlamlığınız üçün ziyanlıdır. 
 
Həddindən artıq istifadə qaraciyər fermentlərinə təsir göstərir və qəbul etdiyiniz dərmanların qana əlavə emalına və yan təsirlərə səbəb ola bilər. 
 
 

Saxta darçını necə müəyyən etmək olar? 

 
Yaxşı olar ki, bütün ədviyyatları bütöv halda alıb özünüz  üyüdəsiniz. Yox əgər hazır toz şəklində almısınızsa, o zaman təbii olub-olmamasını yoxlayın. Bunun üçün bir damcı yodu darçına əlavə edin. Əgər tünd göy rəng alındısa, deməli keyfiyyətli və təbii darçın deyil. /Medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI