50 yaşından sonra mütləq keçməli olduğunuz müayinə

11:29 21-11-2019 | icon 1036 | Sağlamlıq
50 yaşından sonra mütləq keçməli olduğunuz müayinə

Hazırda Azərbaycanda bağırsaq xəstəlikləri və onkoloji problemlər artdığından kolonoskopiya kimi bir zamanlar az müraciət olunan diaqnostika növü onkoloq, qastroenteroloq və proktoloqların sevimli müayinəsinə çevrilib. 

 
Çoxları bağırsaqlarındakı problemi gizlədir, çoxları bu müayinə üçün utanır, çoxları heç nə olmaz deyə düşünüb illərlə bağırsaq qanamasından əziyyət çəkir.
 
Amma cəmi 1 dəfə kolonoskopiya etdirməklə, həm özünüzü, həm həkiminizi rahatlada bilərsiz. 
 
 
Versus.Az xəbər verir ki, kolonoskopiya da mədəyə zond salınmasına bənzər müayinə metodudur, burda zond anus dəliyindən düz bağırsaqla yeridilir. Əslində ağrısızdır, amma bağırsaqlar bir az köpdüyü üçün təzyiq hissi xəstəni narahat edə bilər. Həm də proses özü həyəcanlı olduğundan xəstəni tam rahat etmək üçün ümumi narkoz, yəni 15 dəqiqəlik yuxuya verməklə bu iş həll olunur.
 
 
Kolonoskopiya – yoğun bağırsaq və düz bağırsağın instrumental diaqnostikası və patoloji problemlərin müalicəsi üçün prosedurdur. Burda bağırsağın selikli qişası tam detallı görünür. Zondun ucunda olan kamera görüntünü monitora ötürür və həkim bağırsaqların içini iri planda görür. 
 
 
Əgər bağırsaqda hər hansı patologoya aşkarlanarsa, o zaman bu manipulyasiyaları yerindəcə etmək imkanı var:
 
-Poliplər görünərsə, götürülür, ya yandırılır
 
-Qanaxma varsa, saxlanılır
 
-Yad nəsə varsa çıxarılır
 
-Daralma, bitişmə varsa, bərpa olunur
 
-Şiş varsa, biopsiya materialı götürülür
 
 
Kolonoskopiyaya göstərişlər:
 
-Qanaxma
 
-Poliplər, yeni törəmələrə şübhə
 
-Onkopatologiya
 
-Kron xəstəliyi – kəskin iltihab, diareya
 
-Xoralı kolit
 
-Xroniki qəbizlik və ishal
 
-Sürətlə arıqlama
 
-Qanazlığı
 
-Subfebril hərarətin uzun müddət qalması
 
 
Ümumiyyətlə isə 45-50 yaşdan sonra hər bir şəxsə 2 ildən bir kolonoskopiya etdirmək lazımdır. Əgər nəsildə bağırsaq xərçəngi varsa, bu insanlar yüksək risk altında olduqlarından, ildə 1 dəfə kolonoskopiyadan keçməlidirlər.
 
 
Kolonoskopiyaya əvvəldən hazırlaşmaq, həkimin verdiyi işlədici, təmizləyici dərmanları qəbul etmək lazımdır.
 
 
Kolonoskopiyaya əks göstərişlər:
 
-İnfarkt xəstələrinə
 
-Hamilələrə
 
-Şəkərli diabetlər
 
-Kəskin qanaxması olanlara
 
-Peritonitdə
 
 
Kolonoskopiya kifayət qədər ziyansız asan metoddur, amma onu yüksək peşəkar, işində mütəxəssis, klinika şəraitində düzgün icra etməlidir. Avadanlıq müasir və steril olmalıdır. /Medicina.az/
 
 

 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı