Müsavatda "mühacir alveri"ndәn qidalananların SİYAHISI təqdim edilib

12:45 21-11-2019 | icon 66 | Siyasət
Müsavatda "mühacir alveri"ndәn qidalananların SİYAHISI təqdim edilib

Bütün bu biabırçılıqdan sonra Arif Hacılını (Müsavat Partiyasının sədri - red) vә onun çirkli әmәllәrini hәlә dә can-başla müdafiә edәn müsavatçılar qalır. Bu şәxslәrin böyük әksәriyyәti mühacir alverindәn qidalananlardır. Arayışlardan onlara da qırıntı payı çatır. Çox kiçik qismi ola bilәr ki, hәlә dә sadәlövh qalıb deyә, müdafiә edir.

 

Versus.Az xəbər verir ki, bunu Avropada yaşayan keçmiş müsavatçı jurnalist Yafəz Əkrəmoğlu deyib. O, "İctimai qınaq üçün - siyahı"nı təqdim edərək bildirib:

 

"Fırıldaqçıları vә fırıldaqçılığı müdafiә edәnlәri siz dә tanıyırsız. Bәzәn effektiv olan ictimai qınaq üçün onların adlarını bir daha xatırladıram:

 

1. Gülağa Aslanlı - bu işdә Arif Hacılının sağ әli, ortağı.

2. Sәxavәt Soltanlı - Arif Hacılının ümumiyyәtlә sağ әli.

3. Mustafa Hacıbәyli - Arif Hacılının qardaşı. Arayış almaq istәyәn potensial "siyası mühacir"lәr ilk olaraq onun әlinin altından keçir. Rәhbәrlik etdiyi Basta.info saytı qardaşının "siyasi mühacir"lәri haqda mәqalәlәlәr dәrc edir.

4. Fәrәc Kәrimli - Müavin. Tәmsil olunduğu Müsavat Laçın rayon tәşkilatı Avropaya әn çox mühacir ixrac edәn tәşkilatdır. Arif Hacılının trol ordusunu idarә edir.

5. Raqif Kәrimli - Fәrәcin atası, uzun müddәt bu (Laçın) tәşkilatın sәdri olub.

5. Nemәt Kәrimli - vәkil.

6. Osman Kazımov - vәkil.

7. Sevinc Hüseynova - Partiyada MNTK sәdri.

8. Nüşabә Sadıqlı - mәclis sәdri.

9. Nazim Azadoğlu - Adı Avropada mühacir alverindә sıx hallanan oğlu Nurlan Müsavat AKM-dә sәdr müavinidr.

10. Azәr İsmayıl - Arif Hacılının müşaviri, Basta.info saytının әmәkdaşı.

 

Bu şәxslәr digәr partiya funksionerlәri kimi abırlarına qısılıb baş verәn çirkinliklәrә әn azı susqun da qala bilәrdilәr. Ancaq sәrt müdafiә mövqeyi seçdilәr. Yuxarıdakı siyahıda elә şәxslәr var ki, hәdsiz dәrәcәdә sadәlövh olması, nә baş verdiyini anlaya bilmәmәsi mümkün deyil. Mәsәlәn, hәr iki vәkil. Axı, nüfuzunuzu xәrclәyib, niyә fırıldqçıları müdafiә edirsiz? Hansı marağa?

 

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının üzvlərini saxlayıb. Cnayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

 

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu prosesdə uğur qazanmağın yolu budur ki...”

Qarabağa gedən Yolumuz və ölü erməni

 Yeni mərkəz yaradılır - “Qarabağ Tribunası” 

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Mifik "batalyon", sərt ittihamlar və Cümşüd Nuriyevdən açıqlama

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

"Biz insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

713- ün HOÇAZDA SON ŞƏHİDİ

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

"Haqq-ədalət bir az acı olur, nəyisə deyirsən, səni “vururlar”"

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Yeni ildə bir həftə iş olmayacaq