“Şair kimi yox, şeir kimi ölmək istəyirəm”

15:45 21-11-2019 | icon 408 | Mədəniyyət
“Şair kimi yox, şeir kimi ölmək istəyirəm”

Beynəlxalq Muğam Mərkəzində Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğluya həsr olunan “Şair kimi yox, şeir kimi ölmək istəyirəm” adlı ədəbi-bədii gecə keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirin rejissoru ADMİU-nun Teatr sənəti fakültəsinin müəllimi Gümrah Ömərdir. Rejissor ədibin nəsr və nəzm əsərlərindən ibarət kompozisiya hazırlayıb.

 

Kompozisiyada V.Səmədoğlunun “Öküz yolu” pritçasından, “Sevgilim, mən öləndə...”, “Yatmaq istəyirəm...”, “İçimə məhəbbət yazır...”, “Əlimi uzatdım...”, “Ömrün gecəsi gələndə...”, “Şair kimi yox, şeir kimi ölmək istəyirəm...” və digər şeirlərindən istifadə olunub.

 

Bədii kompozisiyada Teatr sənəti fakültəsinin tələbələri çıxış ediblər.

 

Tədbirdə, həmçinin Musiqi sənəti fakültəsinin tələbələri V.Səmədoğlunun sözlərinə bəstələnmiş “Uzaq yaşıl ada”, “Sən gələndə”, “Qız əlləri”, “Kimsən sən?”, “Çiçək yağışı”, “Bir axşam taksidən düşüb payıza” (bəstəkar Emin Sabitoğlu), “Bəlkə də” və “Dön, geri dön” mahnılarını səsləndiriblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi