Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb

17:04 21-11-2019 | icon 312 | Sağlamlıq
Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb

Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzində Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb.

 

Versus.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədovun təşəbbüsü, Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzinin direktoru Qəzənfər Aloyev və Mərkəzin fizoterapevti Gülçöhrə Bağırovanın birgə təşkilatçılığı ilə start götürən kampaniyanın məqsədi Milli Qəhrəman ailələrinin sağlamlığının təmin edilməsi, eləcə onlara diqqət və qayğının göstərilməsidir.

 

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov bildirib ki, onların təqdim etdiyi siyahı əsasında aztəminatlı Milli Qəhrəman ailələri davamlı olaraq Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzində ödənişsiz müayinə və müalicə olunacaqlar. Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzinin direktoru Qəzənfər Aloyev isə təmənnasız olaraq Milli Qəhrəman, ümumiyyətlə, şəhid ailələrinə, əlillərə və imkansızlara dəstək göstərməyə hər zaman hazır olduqlarını bildirib.


Bu kampaniya çərçivəsində artıq noyabrın 18-də Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzində ilk olaraq Azərbaycanın Milli Qəhrəmanı Faiq Cəfərovun valideynləri müayinə olunublar. Milli Qəhrəmanın atası Əliqulu Cəfərov, anası Səlminaz Cəfərova tam chek-up müayinə olunublar. Bütün analizlər həkim-terapevt Nərminə Abbasova tərəfindən toplanaraq laborator və diaqnostik müayinələrə göndərilib.


Müayinələrin nəticələri əsasında Səlminaz Cəfərovaya müalicə tətbiq olunub.

 


Əliqulu Cəfərov isə şəkər xəstəsi olduğundan hərəkət məhdudluğu və diz ağrılarına görə fizoterapevt Gülçöhrə Bağırovaya yönləndirilib. Gülçöhrə Bağırova fizoterapevt müalicələr üçün yardım göstərib. Belə ki, 18 noyabrdan başlayaraq Əliqulu Cəfərova 15 gün ərzində fizoterapevtik müalicələr tətbiq olunacaq. Şəkər xəstəliyinin müalicəsi üçün isə 5 gün ozonoterapeya qəbul edəcək. /news12.az/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub