Çox “mən”-lər gəlib-gedəcək, sən daim yaşayacaqsan

00:23 22-11-2019 | icon 378 | Mədəniyyət
Çox “mən”-lər gəlib-gedəcək, sən daim yaşayacaqsan

Mövludun mübarək, Həsən Məmmədov!

 

Səni sevməmək günahdır, sən eşqin fövqündə duran bir kəssən. Çox “mən”-lər gəlib-gedəcək, sən daim yaşayacaqsan. Bilirəm, sən də İNSAN olmusan, özünəməxsus səhvlərin də olub, amma sən "SƏN' olmusan, sənin yerini heç kim verə bilməz...

 

Səlyanda doğulmuşdun, amma ölkə hüdudlarına sığmayan sənətkar idin. Fələyin gözü kor olsun, səni də görmədi. Səni təkcə Azərbaycan yox, bütün dünya tanımalıydı...

 

Doğuldun, yaşadın və bir gün də getdin...

 

Bu millətə “Dədə Qorqud”un kim olduğunu anlatmağa çalışdın, komsomol “Bəxtiyar”ı sevdirdin, “Abbasqulu ağa”nı bu millətə nümunə göstərdin. Hələ bu harasıdır, onlarla obraza girib, insanlığın ali səviyyəsini nümayiş etdirdin...

 

Bilirsən nə var, elə düşünmə ki, dünya dəyişib. Bir-iki nümunədən başqa, bu dünyada maraqlı bir şey qalmayıb, ustad...

 

Görəsən. dünyanın o tayında məni eşidənlər varmı? Onlara deyirəm- Ey günahları bağışlanan və ya bağışlanmayan kimsələr, siz olduğunuz yerdə bir azərbaycanlı da var- Həsən Məmmədov! Bu tayda yaşayan azərbaycanlılar onu çox sevirlər. O, bizim qəlbimizdə hələ də yaşayır. Adı çəkiləndə, rəhmət diləyirik...

 

22 noyabr 1938-ci ildə dünyaya gəlmişdi. Cəmi 64 il yaşadı. 16 ilildir ki, aramızda yoxdur. Amma “yaşamaq” dediyimiz feildən yüksəkdə durur. Çünki o, yaşamır, o, həyatın özüdür...

 

Mövludun mübarək, Həsən Məmmədov!

 

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI