Beyində dostla düşməni dərhal ayırd edən funksiya var

01:32 22-11-2019 | icon 393 | Sağlamlıq
Beyində dostla düşməni dərhal ayırd edən funksiya var

Alimlər insan beyninin ani olaraq dərhal qarşındakı insanın dost və ya düşmən, yaxşı və ya pis olduğunu təyin edən bilən xüsusi funksiyası olduğunu aşkarlayıblar.

 
 
Bu beynin müdafiə və sağqalmaq uğrunda öncədən proqramlaşdırılmış qabiliyyətidir. İlk dəfə gördüyü adamın üzündəki emosiyaları neyron birləşmə şəbəkəsi ayırd edərək, siqnalı beyinə ötürür.
 
 
Versus.Az xəbər verir ki, Avstraliya universitetinin bir qrup alimi yeni elmi tədqiqatlarının nəticəsini dərc ediblər.
 
 
Onlar MRT vasitəsilə müxtəlif regionlardan olan müxtəlif yaşda 46 sağlam kişinin beyin neyronlarının aktivliyini izləyiblər.
 
 
İştirakçılara bu zaman müxtəlif neqativ və pozitiv insanların fotolarını göstəriblər.
 
 
Məlum olub ki, qarşındakı insanın düşmən olduğunu ayırd edən şəbəkə Stria terminalis adlı sinir hüceyrələri topasıdır. Məhz bu topanın yerləşdiyi hissə qarşındakı adamın simasından təhlükə gəldiyini fiksə edir. 
 
 
Alimlər hesab edir ki, bu şəbəkənin işi pozula bilər. Psixoz, nevroz, depressiyada olan insanlar ətrafdan gələn təhlükəni düzgün qavramır, əksinə təhlükə olmasa belə onu hiss edir. Travmadan sonra, yüksək təşviş pozuntusu olan insanlarda da bu sistem düzgün işləməyə bilər. 
 
 
Ona görə həmin adamlar ətrafdakı bir çox insanlara inanmır, güvənmir, dostlarını da düşmən kimi qəbul edir. /Medicina.az/
 
 
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI