Əbülfəs Qarayevdən iş adamlarına çağırış

18:23 18-04-2018 | icon 652 | Mədəniyyət
Əbülfəs Qarayevdən iş adamlarına çağırış

Mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev inşaat sahsində çalışan sahibkarlardan tikinti aparılan ərazilərdə tarixi abidələrə diqqətli yanaşmağa çağırıb.

 

Versus.az xəbər verir ki, Ə.Qarayev bu çağırışını Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə keçirilən “Milli irs mükafatı”nın təqdimetmə mərasimində çıxışı zamanı edib.

Ə.Qarayev deyib ki, bəzən tarixi mirasa laqeyd və hörmətsiz yanaşan insanlar olur:

 

"Mən bütün biznes nümayəndələrindən, inşaatçılardan artıq dərəcədə xahiş etmək istəyirəm ki, hər hansı yeni inşaat prosesini həyata keçirəndə tarixi abidələri nəzərə alsınlar. Üzümü o insanlara tuturam ki, yeni inşaat işləri aparanda, yeni layihə həyata keçirəndə mütləq və mütləq düşünün ki, sizin tikinti aparmağı nəzərdə tutduğunuz məkanda vaxtilə hansısa böyük memarlar, böyük inşaatçılar əziyyət çəkiblər. Onların dağıdılmasına imkan verməyin. Siz öz əməyinizlə keçmişə hörmətlə yanaşmalısınız. Əgər bu nəzərə alınmasa, siz də bu aqibəti yaşaya bilərsiniz. Sizin tikdiyiniz bu abidələr 200 il sonra dağıdıla bilər”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol