"“Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir"

09:29 22-11-2019 | icon 392 | Mədəniyyət
"“Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir"

Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Bakıda “Alüminium” VI Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilir. Noyabrın 21-də Muzey Mərkəzində ənənəvi incəsənət layihəsinə həsr olunan mətbuat konfransı təşkil edilib.

 

Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən məlumata görə, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək biennale haqqında məlumat verdi. Bildirdi ki, layihənin məqsədi Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq ölkəmizdə müasir incəsənətin inkişafını təbliğ etmək və rəssamların yaradıcılığının dəstəkləməkdir. Biennale çərçivəsində rəngkarlıq, qrafika, heykəltəraşlıq, instalyasiya, videoart, fotoəsərlər, habelə Azərbaycan, Almaniya, Portuqaliya, Rusiya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.

 

Direktor diqqətə çatdırdı ki, noyabrın 25-dək davam edəcək builki sərgidə 17 ölkədən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamı iştirakı edir. Təşkil olunacaq sərgi-tədbirlər xarici və yerli sənət adamlarının təcrübə mübadiləsi aparmasına və qarşılıqlı əməkdaşlığına vəsilə olacaq. Həmçinin biennalle çərçivəsində UNESKO-nun patronajlığı ilə keçirilmiş Birinci Antarktida Biennalesi (2017) haqqında film təqdim ediləcək, “Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçiriləcək.

 

Biennalenin kuratoru Dilarə Vahabova belə tədbirin Bakıda təşkil olunmasının əhəmiyyətini yüksək qiymətləndirdi. Dedi ki, tədbir çərçivəsində paytaxtın bir mədəniyyət ocaqlarında, o cümlədən V.Səmədova adına sərgi salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda sərgilər təşkil olacaq. Qalada təşkil edilən layihə təqdimatları öz orijinallığı ilə seçiləcək. Abşeronun qədim kəndlərindən olan Qala öz etnoqrafik zənginliyi ilə seçilir və bu məkan hər zaman yaradıcı insanların diqqətini cəlb edir.

 

2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən biennaledə dünyanın müxtəlif ölkələrindən olan rəssamlar, sənətşünaslar, kuratorların iştirak etdiyini deyən D.Vahabova budəfəki sərgilər, ekspozisiyalar içərisində performansların çox olacağını diqqətə çatdırdı. Kurator daha sonra layihədə iştirak edən müəllifləri təqdim etdi və onların layihələri haqqında məlumat verdi.

 

İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova çıxış edərək İçərişəhərdə təşkil ediləcək sərgilər haqqında söz açdı. Bildirdi ki, qədim Şirvanşahlar sarayında təşkil edilən təqdimatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Bu heç də təsadüfi deyil. Çünki 2018-ci ilin statistik rəqəmlərinə görə, muzey yarım milyona yaxın ziyarətçi qəbul edib. Biennalenin layihə təqdimatlarının qədim şəhərdə keçirilməsi tariximizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

 

Sonda media nümayəndələrinin sualları cavablandırıldı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı