Azərbaycanda 7 qadından biri bu hüquqdan istifadə edir
Azərbaycanda analıq məzuniyyətinə çıxmalı olan hər 7 qadından biri bu hüquqdan istifadə edir.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa “Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda analıq məzuniyyətinə çıxmalı olan qadınların yalnız 16 faizi bu hüquqdan istifadə edir:
"Qadınların qalan 84 faizi bu məzuniyyəti almaq imkanına malik deyillər. Çünki onlar ya işsiz olurlar, yaxud da gizli işsizlik adı iə hansısa sferada çalışırlar. Buna görə də bu məsələni həll etmək mümkün olmur. Amma Rusiyada bu rəqəm 80, Ukraynada 100 faizdir. Bu ölkələrdə analıq məzuniyyətinə çıxmaq ona görə mümkün olur ki, qadınlar fəaldırlar, öz hüquqlarını tələb edirlər".
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"