"Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" adlı sərgi açılıb

17:24 22-11-2019 | icon 529 | Mədəniyyət
"Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" adlı sərgi açılıb

YARAT Müasir İncəsənət Məkanında "Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" adlı sərgi açılıb.

 

Ekspozisiya bütünlükdə 15 rəssam tərəfindən məhz bu sərgi üçün yaradılmış əsərləri, eləcə də son illərdə ərsəyə gətirdiyi əsərləri təqdim edir. Bu əsərlər, sərhəd anlayışını hansısa şübhəli, efemer və mütərəddid (qeyri-sabit, dəyişkən) kimi nəzərdən keçirir və heç bir sərhədin, mədəni, ərazi və psixoloji olmasından asılı olmayaraq, dayanıqlı və sabit olmasını şübhə altına qoyur. İran və onunla qonşu olan ölkələrin kontekstində sərhədlər dilemmasını araşdıran sərgi, siyasi identikliyə, eləcə də daxili, şəxslərarası və beynəlxalq sərhədlərə aid olan sualları ortaya qoyur.

 

Ekspozisiyaya müasir rəssamlar Nazgöl Ansariniya, Kamruz Aram, Dadbeh Bassir, Samira Eskandarfar, Qazaleh Hedayat, Samira Hodaei, Gelare Xoşgözaran, Robin Mandel, Əli Momeni, Timo Nasseri, Jalə Nesari, Navid Nur, Leyla Pazuki, Sara Rəhbər, Neda Razavipur və XIX əsrdə yaşayıb-yaradan rəssam Mirzə Qədim İrəvaninin əsərləri daxildir.

 

Sərginin adı professor Firuzə Kaşani-Sabetin "Zərif sərhədlər: Qacar İranının azalan əraziləri" adlı essesinin başlığından götürülüb. Burada sərhədlər iki tipə bölünür: "literal" (və ya hərfi), yəni fiziki və metaforik, yəni, "mədəni" bölgü. YARAT-da nümayiş olunan sərgi, yaxın mədəniyyətlərin qeyri-zorakı bölgüsünü işıqlandırır. Belə bölgü, sakit demarkasiya adlanır və kollektiv şüurun köklərini pozur, bu mədəniyyətlərin konstruktiv dialoquna mane olur və onların ümumi tarixi, inancı və mədəniyyətini rədd edir.

 

Birinci mərtəbədə təqdim edilən ekspozisiya, cismin məkanı və şəhərin məkanı, xaos və qayda-qanun, şəxsi və mədəni-sosial məkan, "mən" və "başqaları" arasında görünməyən sərhədləri araşdırır. Kamruz Aramın yeni "Göy memarlıq üçün elegiya" (2019) adlı multimedia əsəri, müxtəlif formalarda və materiallarda həkk olunmuş İran mirası ilə birləşən ölkələr  İran, Azərbaycan və Əfqanıstan mədəniyyətlərinin bir çox məşhur istinadlarını özündə cəmləşdirir. Rəssam belə izah edir:

"Əgər hər hansı mədəniyyət obyektinin yaşı yüz illərlə ölçülürsə, yerli xalqları ayıran sərhədlər isə əsrlər boyunca yerini dəyişirsə və təkamül prosesinə məruz qalırsa, belə obyektin milli mənşəyi ilə bağlı hər hansı iddialar şübhələr doğurur (açıq-aşkar görünür ki, coğrafi mənşə, milli mənşə ilə mütləq şəkildə uyğun gəlmir". İnstalyasiya elə quraşdırılıb ki, guya, o, Azərbaycan portretçisi, tipik İran miniatürləri ilə özünə məşhurluq qazanmış Mirzə Qədim İrəvaninin "Oturmuş qadın portreti" (1870-ci illər) əsəri ilə "söhbət edir". Leyla Pazukinin "Adsız (Otaq №3)" (2012/2019) əsəri də mədəni sərhədlər anlayışını araşdırır: "Yazılmamış qaydalar, mədəni və sosial tabular, mühafizəkar və ənənəvi məhdudiyyətlər, bizə məlum olmayan qanunlar – bütün bunlar görünməyən sərhədlərdir və biz daim onlarla rastlaşırıq və hər dəqiqə özümüz də anlamadan onları adlayırıq".

 

Buna cavab olaraq, ikinci mərtəbədə əks mövqeli ekspozisiya təqdim edilib. Ekspozisiya təbiətdə – yerdə, göydə və suda sonsuzluq və fiziki anomaliyaların təzahürlərinin araşdırılmasına yönəlib. Rəssam Navid Nur tərəfindən yaradılmış, mərmər və güzgüdən hazırlanmış immersiv qapılar, paralel dünyalara girişi açan zaman portalı kimi çıxış edir. Timo Nasseri də, "Bitməyən gecə və ya bizə lazım olmayan işıq" (2019) adlı yeni əsərində, kainatın obrazına müraciət edir. Ulduzlar yavaş-yavaş əriyib yox olan kiçik qara çınqıllardan hazırlanıb. "Le corps fluide / Maye bədən" əsərində (2019) Neda Razavipur Xəzər sahillərində keçirdiyi uşaqlıq illərinə bağlı olan kollektiv yaddaş anlayışını araşdırır. Rəssamın audio-videoinstalyasiyası, Astaradan tutmuş, Culfaya qədər (İran) ərazilərdə toplanmış bir sıra gerçək hekayələri sənədləşdirir. Burada Araz çayının sərhədi ilə bir-birindən aralı düşmüş sevgililər haqqında hekayələr də yer alıb. Araz boyunca sərhəd, Jalə Nesarini də ilhamlandırıb. Yenicə yaradılmış videosunda, rəssam dahi şair Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərindən (1188) şeir parçalarını pıçıltı ilə söyləyir. Əsərdə zülm ilə bir-birindən ayrılan baş qəhrəmanlar öz kədərli talelərinin acısını yaşamağa məhkumdurlar.

 

***

Sərginin kuratorları Fərəh Piriye və Anna Fexdir.

***

Redaktorlar üçün qeyd

Sərgi: "Zərif sərhədlər: İranın görün[məy]ən sərhədlərinə baxış"

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı), Bayıl, AZ1003

Tarixlər: 22 noyabr 2019 – 16 fevral 2020

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00

Giriş sərbəstdir

***

 

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT ("yaratmaq" mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.

 

YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

 

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM ("tərəqqi" mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

 

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.

 

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

***

Media məlumatları və təsvirlər üçün əlaqə:

Hökümə Kərimova

Tel.: +994 50 274 67 44

E-poçt: [email protected]

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin