"Ekologiya postu" sökülür

15:29 23-11-2019 | icon 509 | Gündəm
"Ekologiya postu" sökülür

Bakı-Quba yoluna daxil olan Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başlanılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

 

Onun sözlərinə görə, bu yolda təmamilə maneəsiz hərəkət təşkil ediləcək:

""20 yanvar" körpüsündə hərəkətdə olan nəqliyyat vasitələri "Moskva" prospekti boyunca tunelə daxil olaraq heç bir maneə olmadan birbaşa Xırdalan tunelindən keçməklə Sumqayıt istiqamətinə hərəkət edə biləcəklər. Bundan başqa Biləcəri, Xırdalan və Binəqədi istiqamətindən gələn nəqliyyat vasitələri əlavə zolaqlar vasitəsilə yeni tikilən tunelə daxil ola biləcəklər. Yol hər iki istiqamətə genişləndiriləcək. Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolaq genişləndirilməsi nəticəsində ərazidə olan "Ekologiya postu" köçürüləcək. Həmçinin yol genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından Xarici Dairəvi yolun altından keçməklə paytaxtın Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol tikiləcək. Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən "20 yanvar" dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər".

 

A.Nəcəfli bildirib ki, yeni layihəyə əsasən həmçinin Xırdalan dairəsinin altından keçən tunel də genişləndiriləcək:

"Həmin tuneldə hər iki istiqamətə yol zolaqları ikidən 4-ə çatdırılacaq. Burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı