"Azərbaycanla Rusiya arasında həmişə yaxşı münasibətlər olub"

17:10 23-11-2019 | icon 343 | Siyasət
"Azərbaycanla Rusiya arasında həmişə yaxşı münasibətlər olub"

Azərbaycan ilə Rusiyanın regionları arasında da münasibətlər daim inkişaf edir, mütəmadi olaraq iki ölkənin iş adamlarının iştirakı ilə regionlararası biznes forumlar və digər tədbirlər həyata keçirilir. Bu tədbirlər iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərir.

 

Versus.Az xəbər verir ki,bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov deyib.

 

A.Hüseynov bildirib ki, Azərbaycanla Rusiya arasında həmişə yaxşı münasiblər mövcud olub, iki ölkə bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində bir-birilərini daim dəstəkləyir. İki ölkə arasında münasibətlər bütün istiqamətlərdə - siyasi, ticarət-iqtisadi, hərbi-müdafiə, elmi-texniki, mədəni və humanitar sahələrdə inkişaf edir.

 

Deputatın sözlərinə görə, bu tədbirlər çərçivəsində hər iki ölkənin regionlarından olan iş adamları bir-biriləri ilə tanış olur, əməkdaşlıq münasibətləri qurulur ki, bu da öz növbəsində iki ölkə arasında həm investisiya qoyuluşunun, həm də ticarət dövriyyəsinin artmasına səbəb olur:

“Təkcə bu il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyəsi 23 faizdən çox artıb. Eyni zamanda, Rusiyanın Azərbaycana qoyduğu investisiya 4.7 milyard dolları, Azərbaycanın Rusiya qoyduğu investisiya isə 1.2 milyard dolları ötüb. Bundan əlavə, Azərbaycanda çoxlu sayda Rusiya şirkətləri fəaliyyət göstərir, eyni zamanda Rusiyada çoxlu sayda azərbaycanlı iş adamları fəaliyyət göstərir. Hesab edirəm ki, iki ölkə arasında münasibətlər bundan sonra inkişaf edəcək, çünki Azərbaycan-Rusiya münasibətlərinin inkişaf perspektivləri daha böyükdür”.

 

A.Hüseynov əlavə edib ki, Azərbaycan və Rusiya arasında humanitar sahədə də çox sıx əməkdaşlıq var:

"Rusiyanın dövlət başçısı Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşündə də bu məsələni xüsusi vurğuladı. Qeyd etdi ki, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır. "Biz bunu çox yüksək qiymətləndiririk. Ona görə ki, bu baza bizim bütün başqa istiqamətlərdə münasibətləri, o cümlədən iqtisadi və humanitar əlaqələri, sözün geniş mənasında, inkişaf etdirməyə imkan verir. Buna görə biz Sizə çox təşəkkür edirik və öz tərəfimizdən bu trendi dəstəkləmək üçün nə lazımdırsa edəcəyik. Hesab edirəm ki, bu, bizim ümumi sərvətimizdir. Ona görə ki, bu, insanların öz aralarında hər hansı sədlər və maneələr olmadan ünsiyyət saxlamalarına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməyə imkan verir" deməklə V.Putin Azərbaycan-Rusiya münasibətlərinə bir daha yüksək qiymət vermiş oldu".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin