ABŞ-da ezamiyyətdə olan Başkənd Tibb Universitetinin azərbaycanlı dosenti

09:32 24-11-2019 | icon 440 | Cəmiyyət
ABŞ-da ezamiyyətdə olan Başkənd Tibb Universitetinin azərbaycanlı dosenti

Müəllim ailəsində böyüyüb, boya-başa çatıb. Atası Rəşid Bünyatov uzun illər Bakının müxtəlif orta məktəblərində tarix müəllimi işləyib. Anası Fatma xanım Bünyatova isə məşhur “İdrak məktəbi“nin təsisçisi, Konstruktiv Təlim Mərkəzinin yaradıcısıdır...

 

Gözəl, rəvan, səlis nitqi var. Məntiq, dürüstlük onun bütün söhbətlərini ehtiva edir. Geniş qəlbli, əliaçıq və xeyirxah insandır. Başqalarına yardım etməkdən zövq alır. Düşündüklərini həmin anda dilə gətirməyi bacarır. Ağıllı, iti zəkalı, dərin düşüncəlidir. Son dərəcə qürurlu, mərd, əzimli xanımdır. Xarekteri olduqca güclüdür. Hər sahədə uğur qazanmağa çalışır. Nə istədiyinin fərqindədir və istədyinə çatmaq üçün inadla irəli addımlayır. Qarşısına çıxan şansı asanlıqla dəyərləndirə bilir...

 

Uzun illər Türkiyədə məskunlaşsa da Azərbaycanı çox sevir. Azərbaycanlı olduğundan qürur duyur. Haqqında söhbət açdığım Ülviyə Bünyatova yaz günlərinin birində, Bakı şəhərində dünyaya gəlib. 1984-cü ildə 234 nömrəli məktəbdə orta təhsilini əla qiymətlərlə başa vurub. 1984-cü ildən 1989-cu ilədək BDU-nun fizika fakultəsində ali təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra, həmin il aspiranturaya qəbul olunub. 1992-ci ilədək orada elmi tədqiqatla məşğul olub. 1992-ci ildə Türkiyənin Orta Doğu Universitetinə dəvət alıb, 1996-cı ilədək oranın Kimya bölümündə elmi işçi kimi çalışıb. 1997-ci ildə Bakıya dönüb, elmi işini müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yüksəlib.


1997-ci ildə yenidən Tükiyəyə qayıdaraq, 2008-ci ilə qədər Ankaradakı beynəlxalq şirkətlərdən birində enerji layihələrinin hazırlanması üzrə menecer vəzifəsində işləyib. 2009-2011-ci illərdə Bakıda yaşayıb, fərdi şəkildə layihə hazırlayaraq, elmi tədqiqatla məşğul olub. 2012-ci ildə Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) layihə müsabiqəsində qrant udub və iki il Başkənd Tibb Universitetində “Çoxfunksiyalı biopolimer nanokompozitin inkişafında innovativ yanaşmalar” adlandırdığı layihə üzrə elmi araşdırmalar aparıb. 2015-ci ildən həmin elm ocağının biomedikal mühəndisliyi fakultəsinin dosentidir...

 

Hər biri on dörd ay müddətində iki dəfə ABŞ-da ezamiyyətdə olub. İlk dəfə 2016-2017-ci illərdə SUNY Nyu York Dövlət Universitetinə ezam edilsə də, bu dəfə Şimali Karolina ştatındakı Duke Universitetində elmi tədqiqatla məşğul olur.

 

...İki övladı var. Oğlu Gülbala 29 yaşındadır. Ali təhsilli kompyuter mütəxəssisidir. Londonda universitetdə elmi işçi kimi çalışır. 17 yaşlı qızı Dilarə isə hazırda Şimali Karolina ştatındakı orta məktəblərdən birinin şagirdidir. Ana dili ilə yanaşı türk, rus və ingilis dillərində sərbəst danışır. Uşaqların atası Bəxtiyar Salamov isə Qazi Universitetinin professoru, fizika elmləri doktorudur...

 

2019-cu ilin yanvar ayından ABŞ-da ezamiyyətdə olan Ülviyə xanım gələn ilin fevralında Türkiyəyə, çalışdığı Başkənd Tibb Universitetində işini davam etməyə qayıdacaq.


Deyir ki,- “Qazandığım uğurlara görə ilk növbədə Allaha, valideynlərimə, ailəmə və professor Zakir Rzayev başda olmaqla müəllimlərimə, eləcə də Türkiyədə yaşdığım zaman mənə “qızım” deyə, dəstək verən, hazırda 91 yaşı olan Yuksel Erimtana minnətdaram”...

 

İndiyədək 23 elmi məqaləsi beynəlxalq elmi jurnallarda işıq üzü görüb, 4 elmi layihəsi qranta layiq görülüb. İdmanın gimnastika növü ilə mütamadi məşğul olur. Milli təamlarımızı hazırlamaqdan zövq alır. Dini ədəbiyyatı mütaliə etməyi xoşlayır. Oxuduqlarından nümunə kimi- Allah dünyanı yaradıb. İnsanlar müşahidə edib düşünməli, bəşəriyyət üçün faydalı işlər görməlidilər- kəlmələrini dilə gətirir...

 

Vətən sevgisi onu heç zaman tərk etməyib. Məskunlaşdığı Chapl Hill şəhərində milli və rəsmi bayramlarımızda azərbaycanlılarla bir arada omaqdan rahatlıq tapır. “Azərbaycan son illər çox inkişaf edib. Bu, məni sevindirir. Uzaqda yaşasam da vətənimi canım qədər sevirəm. İstəyirəm ki, torpaqlarımız tezliklə işğaldan azad olunsun. Hamı həyatından razı yaşasın”- söyləyir…

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...