“Vətənə qayıdış” adlı intellektual vətənpərvərlik yarışı

13:46 27-02-2018 | icon 974 | Təhsil
“Vətənə qayıdış” adlı intellektual vətənpərvərlik yarışı

“AS Qrup İnvestment” şirkəti Xocalı faciəsinin anımı və tarixi maarifləndirməyə dəstək olmaq məqsədilə 19-26 fevral tarixlərində  Bakı məktəbləri arasında “Vətənə qayıdış” adlı intellektual vətənpərvərlik yarışı təşkil edib.

Şirkətdən versus.az-a verilən məlumata görə, müsabiqənin ilk mərhələsi məktəblərdə, final oyunları isə 26 fevral tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında keçirilib. Finalda Akademik Zərifə Əliyeva adına Liseyin “Cümhuriyyət”, Humanitar fənnlər üzrə liseyin “Mübarizlər”, BDU-nun Gənc İstedadlar Liseyinin “Simurq” və 6 nömrəli məktəbin “Əlaçılar” komandaları iştirak ediblər.

Tədbir əvvəlcə 1992-ci ilin fevralında baş vermiş soyqırım qurbanları anılıb, hadisə barədə danışılıb, yeniyetmələrə məlumat verilib, daha sonra isə final oyununa başlanılıb. Xocalıya ithaf edilən yarışın şərtlərinə görə komandalar Azərbaycan inzibati xəritəsi üzərində müxtəlif istiqamətlərdən Xocalı ərazisinə doğru hərəkət edirlər. Verilən suallara doğru cavab tapan komanda irəliyə doğru hərəkət edir və addım-addım irəliləməklə Xocalı ərazisinə birinci çatan qalib olacaqdı.

Bu komanda isə Zərifə Əliyeva adına liseyin “Cümhuriyyət” komandası oldu. Digər komandalardan “Əlaçılar” ikinci, “Mübarizlər” üçüncü, “Simurq” isə 4-cü yeri tutublar. Qaliblər və finalçılar “AS Qrup İnvestment” şirkəti tərəfindən sertifikatlarla təltif olundular və və müxtəlif dəyərlərdə kitab kuponları ilə mükafatlandırılıblar.

Sonda final yarışmasının iştirakçıları birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının bağında üzərində işğal edilmiş 12 rayonumuzun adı qeyd edilən hava şarlarını həmin ərazilərimizə geri qayıdacağımıza inam hissimizin rəmzi olaraq göyə uçurublar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...