Azərbaycanlı alimin 100 illik yubileyi qeyd olunub - FOTO

06:33 25-11-2019 | icon 319 | Mədəniyyət
Azərbaycanlı alimin 100 illik yubileyi qeyd olunub - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində maarif xadimi, qorqudşünas-alim Hüseynqulu Məmmədlinin anadan olmasının 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. 

 

Versus.Az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndələri, Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliyinin əməkdaşları, H.Məmmədlinin yaxınları, ziyalılar və pedaqoqlar iştirak ediblər. 

 

Tədbirdə çıxış edən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva deyib ki, H.Məmmədli görkəmli ictimai xadim, maarifçi və Dədə Qorqud dastanının tədqiqatçısı olub. Onun sözlərinə görə, tanınmış ziyalı ömrünün 50 ilini elmi fəaliyyətə həsr edib.

 

Şair Osman Dərviş çıxışında H.Məmmədlinin əsil ziyalı olduğunu və Gürcüstan azərbaycanlılarının onunla fəxr etdiklərini deyib. O, maarifçi alimin doğum günü - 23 noyabrın “Ziyalı günü” kimi qeyd olunmasını təklif edib. 

 

AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri Ramazan Qafarlı bildirib ki, H.Məmmədli 1919-cu ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olub və 20 il ərzində Gürcüstanda pedaqoji fəaliyyətlə məşğul olub: “Daha sonra o, Bakıda o zamankı Maarif Nazirliyində elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Hüseynqulu Məmmədli ictimai xadim olmaqla yanaşı, xeyriyyəçi, publisist, şair, jurnalist və araşdırmaçı olub. Onu haqlı olaraq xalq alimi adlandırırdılar”. R.Qafarlının sözlərinə görə, H.Məmmədli Dədə Qorqud dastanını geniş, ətraflı və sistemli tədqiq edənlərdən biri olub, eposu Türkmənistan, Türkiyə və Rusiyada da araşdırıb. AMEA təmsilçisi Azərbaycanda gənc alimlərin H.Məmmədlinin yaradıcılığı ilə bağlı araşdırmalar aparmalarının əhəmiyyətini qeyd edib. 

 

Daha sonra çıxış edən Faxralı 1 saylı ictimai məktəbinin ədəbiyyat müəllimi Fatma Aslanqızı H.Məmmədlinin həyat və yaradıcılığı barədə ətraflı danışıb. Onun sözlərinə görə, maarif fədaisi adlandırılan H.Məmmədli həm Gürcüstan, həm də Azərbaycanda maarifçiliyin inkişafına böyük töhfələr verib. 

 

Digər natiqlər də çıxışlarında H.Məmmədlinin zəngin yaradıcılığına nəzər salıblar, tanınmış elm xadimləri və ədiblərin onun haqqında dedikləri fikirlər və xatirələri bölüşüblər. 

 

Sonda məktəblilər H.Məmmədlinin şeirlərini səsləndiriblər, aşıq Nargilə Mehtiyeva onun şeirlərinə yazılan aşıq havalarını ifa edib. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin