Ən təhlükəsiz bitki yağları məlum oldu

07:21 25-11-2019 | icon 306 | Maraqlı
Ən təhlükəsiz bitki yağları məlum oldu

Bəzi bitki yağlarının tərkibinə “pis” xolesterini artıra bilən və ürək-damar xəstəlikləri və diabet ilə nəticələnə bilən transyağlar daxildir. 

 

“Health.News” nəşrinin məlumatına əsasən, həkimlər oksidləşməyə ən davamlı və buna görə də ən təhlükəsiz məhsulları seçiblər.

 

Liderlər sırasında kokos yağının da adı çəkilir. Həkimlərin dediyinə görə, bu yağın keyfiyyəti hətta səkkiz saat fasiləsiz qızdırmadan sonra da saxlanılır. Məhsulun oksidləşməyə davamlılığı onunla izah olunur ki, o, 90%-dən çox doymuş yağdan ibarətdir. Mütəxəssislər zeytun və avokado yağlarını da ən təhlükəsizlərin siyahısına salıblar.

 

“Zeytun yağı kimi, avokado yağı da böyük miqdarda monodoymamış yağları ehtiva edir. O, olein turşusu ilə zəngindir ki, bu da bədəndə iltihabı azalda bilər. Bu yağ, həmçinin ürək üçün faydalıdır. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, avokado yağı ilə zəngin pəhriz qan təzyiqini azalda bilər”, - deyə nəşr yazır.

 

Günəbaxan yağına gəldikdə isə, həkimlər onu həddində istifadə etməyi məsləhət görürlər. Tərkibində çox sayda omeqa-6 olduğundan, məhsul iltihablara səbəb ola bilər. O, həmçinin daha sürətlə oksidləşir, ona görə də qida məhsullarını bu yağda aşağı temperaturda qızartmaq lazımdır. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin